Təlim və Maarifləndirmə Mərkəzinin direktoru
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Təlim və Maarifləndirmə Mərkəzinin direktoru vəzifəsi üzrə vakansiya elan edir.
Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmışdır.
Yüksək peşəkar və şəxsi keyfiyyətlərə malik, daim öz peşəkarlıq səviyyəsini təkmilləşdirən, yeni fəaliyyət üsullarının effektiv mənimsənilməsinə çalışan, biliklərini iş prosesinin səmərəsini artıracaq şəkildə tətbiq edə bilən və maliyyə bazarının uğurlu inkişafı üçün bütün gücünü səfərbər etməyə hazır olan hər bir uyğun namizəd bizə müraciət edə bilər.
TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ
- Ali təhsil (iqtisadiyyat, idarəetmə və hüquq);
- Yaxşı səviyyədə ingilis dili və rus dili bilikləri;
- Analoji sahə üzrə ən azı 5 il iş təcrübəsi;
- Yüksək analitik və problemləri həll etmə bacarıqları;
- Maliyyə institutları sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir.
VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR
- Mərkəzin işinin Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təşkil edilməsi və aparılması, o cümlədən hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Palata və maliyyə subyektlərinin təlim ehtiyaclarını müəyyən etmək;
- Palata və maliyyə subyektləri üçün təlim ehtiyaclarına uyğun olaraq təlimləri təşkil etmək;
- Təlim sistemində istifadə olunan innovativ metodların (beynəlxalq təcrübənin) öyrənilməsi və onları fəaliyyətdə tətbiq etmək;
- Təlimlərlə bağlı tədbirlər planının hazırlanmasına nəzarət etmək;
- Təlimlərlə bağlı tədbirlər planının icrasını təmin etmək;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.
Vakansiyanın adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları |