Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası
Vəzifə: Təlim və sertifikasiya proqramları üzrə menecer
Namizədə aid tələblər:
– Ali iqtisadi təhsil
– Rus və ingilis dillərində yüksək şifahi və yazılı ünsiyyət bacarığı;
– Rəsmi məktub, xidməti məruzə, təqdimat və hesabat hazırlamaq bacarığı;
– Microsoft Word, Power Point və Excel proqramlarında sərbəst işləmə bacarığı.
İşin təsviri:
– Mövcud sertifikasiya proqramlarına nəzarət;
– İmtahanların təşkili və koordinasiya işinin həyata keçirilməsi;
– Yeni sertifikasiya proqramlarının hazırlanmasında iştirak;
– Üzvlük sisteminin idarə edilməsi;
– Üzvlərlə münasibətdə fəaliyyətin təşkili;
– Təlimlərin keçirilməsi üzrə əlaqələndirici funksiyanın yerinə yetirilməsi.
İş qrafiki:
Həftəiçi 5 gün, saat 09:00-18:00.
Əmək haqqı : 500-600 AZN.
Maraqlanan şəxslər mövzu hissəsində vəzifənin adını qeyd etməklə, öz CV-ni [email protected] ünvanına göndərə bilərlər.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |