9 C
Baku
Sunday, December 14, 2025

Təqaüdlü təcrübə proqramı (Masallı) – “İnternational” BOKT

0
Təqaüdlü təcrübə proqramı (Masallı) – “İnternational” BOKT
Masallı
12.12.2025
Təcrübə proqramı

Masallı filialı Təqaüdlü təcrübə proqramı

  “İNTERNATİONAL BOKT” ASC gələcək karyerasını kredit sahəsində qurmaq istəyən gənclər üçün Masallı filialımızda   təqaüdlü təcrübə keçmək imkanı yaradır. Təcrübə müddəti 2 aydır. Təcrübəçi kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Təşkilat tərəfindən müsbət xasiyyətnamə verilməklə, işlə də təmin olunacaqlar. İşin təsviri aşağıdakılardan ibarətdir

  • Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;
  • Bütün fəaliyyətini təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
  • Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək
  • Aktiv satış təbliğatının aparılması və yeni potensial müştərilərin  cəlb edilməsi üçün təşəbbüskarlıq göstərmək
  • Müştəriyə təşkilatın kredit məhsullarına dair məsləhət vermək;
  • Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) biznes təhlilini aparmaq.

Tələblər:

  • Ali təhsil və ya orta ixtisas təhsil;
  •  Məntiqi və analitik düşünmə qabiliyyəti;
  •  Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir)
  •  Ünsiyyət və təqdimat bacarığı.
  •  İşsiz statusunda olmalı

Yalnız müvafiq meyarlara uyğun sayılan namizədlər əlaqə saxlanılacaq. Proqrama qoşulmaq istəyənlər CV-lərini mövzu sətrində vəzifənin başlığını və başlamaq istədiyiniz filialı qeyd edərək (məsələn  “Kredit sahəsində təqaüdlü Masallı”), elektron poçt ünvanına ([email protected] )  CV göndərmələri xahiş olunur.

 

 

 

 

 

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi