Bakı
08.01.2024
Vəzifə öhdəlikləri:
- Layihə və təşəbbüslərdən irəli gələn biznes proseslərin idarə edilməsi və təkmilləşdirilməsi üçün faydalı hesab olunan məlumatları struktur bölmələrdən əldə etmək və müvafiq tələbləri formalaşdırmaq;
- Təşkilatın müvafiq proqram təminatında yeni və təkmilləşdirilmiş biznes proseslərin tətbiq edilməsində iştirak etmək;
- Təşkilatdaxilində yaradılmış olan işçi qruplarında iştirak etmək;
- Təşkilatın effektivliyinin dəyərləndirilməsi məqsədi ilə performansın idarəolunması proseslərinə dəstək olmaq;
- PAŞA Sığortada strateji layihələrin icra statuslarına və departamentlər üzrə spesifik təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək;
- Təşkilatın müvafiq biznes prosesləri üzrə xronometrajlar keçirmək;
- Müvafiq proseslərdə icra edilmiş dəyişikliklərin müvafiq texniki mühitlərdə test edilməsinə dəstək olmaq;
- Müvafiq proseslərdə icra edilmiş dəyişikliklər üzrə test və təlim sənədlərinin qaydalara uyğun tərtib etmək;
- İcra olunan proseslər üzrə müvafiq təhlil hesabatlarını şöbə müdirinə təqdim etmək;
- Proseslər üzrə struktur bölmələrdən aiddiytaı üzrə daxil olan müraciətləri cavablandırmaq;
- Xidmət səviyyəsinin artırılması məqsədi ilə digər zəruri mexanizmlər hazırlamaq və onların tətbiq edilməsi üçün müvafiq tədbirləri icra etmək;
- Birbaşa müdirin tapşırığına əsasən, vəzifə təlimatında qeyd olunmamış, Şirkət üçün faydalı ola biləcək işləri icra etmək.
Namizədə tələblər:
- Ali təhsil;
- Dil bilikləri: Azərbaycan, İngilis və Rus dillərini yüksək səviyyədə bilmək;
- Beynəlxalq təcrübədə qəbul edilən proses metodologiyaları üzrə biliklər.
- Şirkətin əməliyyat sistemində aparılan əməliyyatların təhlil etmə bacarığı;
- Bilavasitə bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və normativ sənədlərinin tələblərini mükəmməl bilmək və işdə rəhbər tutmaq;
- Kompyuter bilikləri: Microsoft Office proqramlarından yüksək səviyyədə istifadə etmək bacarığı;
- Prosesin təsvirini diagram üzərindən izah edəcək alətlərdən (figjam, miro, visio və s.) istifadə etmə bacarığı;
Təcrübə:
- Biznes proseslər və ya sığorta sahəsində minimum 1-3 il iş təcrübəsi;
Bacarıqlar:
- Güclü kommunikasıya bacarığı.
- Analitik düşüncə.
- İş prosesində yaranan problemləri çevik həll etmək bacarığı.
- Komandada işləmə bacarığı.
- Komandalar və maraqlı tərəflərlə əməkdaşlıq.
Son müraciət tarixi: 07.02.2024
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV nizi e-mail ünvanına göndərin.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |