11 C
Baku
Thursday, November 14, 2024

Təşkilati inkişaf şöbəsinin mütəxəssisi – PASHA Life

0
Təşkilati inkişaf şöbəsinin mütəxəssisi – PASHA Life
Bakı
17.01.2023

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00

Son müraciət tarixi: 27 yanvar 2023

Vəzifə Öhdəlikləri:

  • Şirkət əməkdaşlarının xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirmək və nəticələr üzrə tədbirlər görmək:
  1. Xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticələrinə əsasən, maddi motivasiya planlarını, karyera inkişaf planlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
  2. Xidməti fəaliyyətin qiymətləndirilməsində obyektivliyin təmin olunmasına nail olmaq məqsədilə müvafiq maarifləndirmə işlərini həyata keçirmək;
  • İşçilərin peşəkarlığını və fərdi keyfiyyətlərini inkişaf etdirmək:
  1. Xidməti fəaliyyətin və səriştələrin qiymətləndirilməsi proseslərinin nəticələrinə əsasən meydana çıxmış inkişaf ehtiyaclarına, həmçinin, struktur bölmələr tərəfindən edilən müraciətlərə əsasən işçilərin inkişaf ehtiyacları ilə əlaqədar təhlillər aparmaq və zəruri tədbirləri görmək
  2. Təsdiqlənmiş təlim planını icra etmək;
  • İşçilərin maddi motivasiyasının təmin edilməsi məqsədi ilə müvafiq tədbirlərin icrası və mükafatlandırma sistemini hazırlamaq:
  1. İşçilərin mükafatlandırılması üzrə qayda və prosedurların hazırlanmasında iştirak etmək;
  2. Mükafat sisteminə təsir edən faktorları müəyyənləşdirmək.
  • Adaptasiya proqramını (işə uyğunlaşdırma proqramı) təşkil etmək:
  1. Yeni işçilərin peşə vərdişi əldə etməsi üçün onları daha təcrübəli işçilərə həvalə edilməsini və bunun nəticələrinin sənədləşdirilməsini təmin etmək;
  2. Yeni işçilərin müvafiq qayda və təlimatlarla (Cəmiyyət, onun fəaliyyəti, daxili intizam qaydaları, əməyin mühafizəsi və təhlükəsizlik texnikası və s.) tanış edilməsi və təlimatlandırılmasını və bu məqsədlə əlaqədar struktur bölmələrin cəlb edilməsini təmin etmək;
  • Şirkət üzrə əsas fəaliyyət göstəriciləri metodikasının hazırlanmasında və tətbiqində iştirak etmək:
  1. Şirkət üzrə əsas fəaliyyət göstəricilərinin planlaşdırılması, monitorinqi və qiymətləndirilməsi proseslərində iştirak etmək və digər şöbələrə dəstək olmaq.
  • Şirkətin növbəti period üzrə strategiyasının hazırlanmasında iştirak etmək və strategiyanı dəstəkləyən təşəbbüslər hazırlamaq:
  • Effektivliyin artırılması məqsədilə proseslərin optimizasiyası üçün daim həll yollarını axtarmaq və təkliflər vermək.
  • Şirkətdaxili mədəniyyətin formalaşdırılması və aşkar edilmiş problemlərin aradan qaldırılması məqsədilə daim təşəbbüslər irəli sürmək, təşəbbüslərdən irəli gələn zəruri tədbirlər planını hazırlamaq, icra etmək və nəticələrini təhlil etmək.
  • İnsan resurslarının idarəedilməsi üzrə daim innovativ yanaşmalar tətbiq etmək, dünya üzrə digər şirkətlərin təcrübələrini öyrənmək və yeniliklərlə bağlı təkliflər vermək.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Təlim və inkişaf, performansın idarə olunması və istedadların idarə olunması ən azı 1 il iş təcrübəsi.
  • Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili: əla; İngilis dili: əla
  • Üstünlüklər: Rus dili biliyi, SHRM, CİPD, CHRİ və s. beynəlxalq sertifikata malik olması
  • Kompüter bilikləri: MS Office: orta
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq, geniş perspektiv, keyfiyyət yönümlülük, dinamikanı anlamaq

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət linki

İşin aid olduğu sahə

KateqoriyaSığorta