18 C
Baku
Tuesday, April 23, 2024

Tele marketinq meneceri (Çağrı Mərkəzinin operatoru) – As Prof Consulting MMC

0
Tele marketinq meneceri (Çağrı Mərkəzinin operatoru) – As Prof Consulting MMC
20.12.2019

Vəzifə: Tele marketinq meneceri (Çağrı Mərkəzinin operatoru) .

As Prof Konsaltinq MMC

Vəzifə üzrə əsas öhdəliklər:

• Potensial müştərilərə telefon görüşlərini həyata keçirir,
• Telefon vasitəsi ilə şirkətin xidmətini müştərilərə təklif edir,
• Satışın və müştəri portfelinin artması istiqamətində yeni təkliflər verir,
• Yeni müştərilərin axtarışını təmin edir,
• Bazarın araşdırılmasında rəhbərliyə yardım edir, rəqib şirkətlər haqqında məlumatlar toplayır,
• Müştərilərin kredit müraciətlərini təhlil edir,
• Müştərilərə lizinq məhsulları barədə məlumat verir,
• Yüksək səviyyədə müştəri xidmətinin təmin olunmasını təmin edir.

Namizədə aid tələblər:

• Xanım namizədlər (yaş 20-35), kişi namizədlər (yaş 20-28), xanım namizədlərə üstünlük veriləcək,
• Ali təhsil,
• Azərbaycan dili sərbəst, Rus və İngilis dilləri arzu olunandır,
• MS office proqramları bilikləri,
• Müvafiq olaraq bu sahədə ən azı 1 il iş təcrübəsi,
• Müştəri ilə ünsiyyət qurmaq bacarığı mütləqdir,
• Ofis proqramlarıyla sərbəst işləmək bacarığı,
• İşdə dəqiqlik və detallarla fikir vermək,
• Danışığı səlist və özünəinamlı,
• Maliyyə sektorunda işləyənlərə üstünlük verilir.

İş vaxtı: Bazar ertəsi – Cümə, 10:00-dan 19:00-dək (nahar 13:30 – 14:30)
Şənbə – 10:00 – 15:00

Əmək haqqı: 300 Azn.
Əmək haqqına əlavə : Bonus + portfel % + hədəfə çatıldıqda yüksək məbləğdə mükafat

İş yeri ünvanı: Qurban Abbasov küç 29,Bayıl Plaza (Bülvarla üzbəüz)

Vakansiya ilə maraqlanan namizədlər şəkilli CV-ni [email protected]. elektron ünvanına, vəzifənin adını qeyd etməklə göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaMenecer