13 C
Baku
Thursday, November 14, 2024

Telemarketinq bölməsinin mütəxəssisi – Merkuri BOKT

0
Telemarketinq bölməsinin mütəxəssisi – Merkuri BOKT
12.04.2022

Merkuri BOKT namizədləri Satış kanalları şöbəsinin Telemarketinq bölməsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə öhdəlikləri

  • Müştərilər tərəfindən kredit məhsulları ilə bağlı daxil olan müraciətləri zəng vasitəsi ilə cavablandırmaq
  • Müştərilərə kredit məhsullarının satışı məqsədi ilə “soyuq” satış zəngləri etmək
  • Təşkilatın sosial şəbəkələrdəki səhifələrinə kredit  əldə etməklə bağlı müraciət edən müştərilərə zəng etmək
  • Potensial müştəriləri təhlil edir və rəsmiləşdirilə biləcək kredit məhsulu və kredit məbləğini müəyyən etmək
  • Potensial müştəriləri təşkilatın filiallarına yönləndirir və kredit verilməsi prosesini sona qədər təqib etmək
  • Müştərilərə müxtəlif sorğuların keçirilməsi məqsədi ilə zənglər etmək və s.

Tələblər

  • Ali təhsil
  • Əla ünsiyyətqurma və izahetmə qabiliyyəti, məlahətli səs tonu
  • Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqətyetirmək qabiliyyəti
  • MS Office proqramları üzrə biliklər
  • Komanda tərkibində işləmək bacarığı
  • Əla səviyyədə Azərbaycan və yaxşı səviyyədə  Rus dili biliyi

CV-lərinizi, mövzu hissəsində“Telemarketinq bölməsinin mütəxəssisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi