13 C
Baku
Friday, November 15, 2024

Telemarketinq xidmətinin satış üzrə meneceri – Ateshgah Sigorta

0
Telemarketinq xidmətinin satış üzrə meneceri – Ateshgah Sigorta
Bakı
24.08.2020

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır.

Telemarketinq xidmətinin satış üzrə meneceri

Namizədə tələblər

• Yaş: 21-35
• Cins: Qadın
• Təhsil: Ali
• Dil bilikləri: Azərbaycan (əla), Rus dili(əla), ingilis dili (arzuolunan)
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər

• Ünsiyyət qurmaq bacarığı
• Yüksək nitq mədəniyyəti
• Yüksək təqdimat bacarığı
• Stressə davamlılıq və münaqişələri həll etmə bacarığı
• Yüksək səviyyədə nitq qabiliyyəti, özünütəqdimat bacarığı
• Səlis, aydın, əmin danışıq tərzi
• Satış bacarığı, təqdimat qabiliyyəti

Əsas vəzifə öhdəlikləri

• Telefon vasitəsilə sığorta məhsullarının satışı
• On-layn alış və sorğuların cavablanması və monitorinqi
• Marketinq araşdırmaları məqsədi ilə zənglərin edilməsi

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 10:00 – 17:30
• Sabit əmək haqqı 350-400 AZN + rüblük motivasiya

Məlumatlandırıcı qeydlər

• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] – mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Telemarketinq xidmətinin operatoru ” qeyd etmələri xahiş olunur.

 

İşin aid olduğu sahə

KateqoriyaSığorta