6 C
Baku
Saturday, December 14, 2024

Tender üzrə baş mütəxəssis – Azenco OJSC

0
Tender üzrə baş mütəxəssis – Azenco OJSC
image description
15.02.2024

Vəzifə öhdəlikləri:

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
  • Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
  • Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
  • Tender prosesində şirkətin təmsil olunması;
  • Müqavilə şərtləri barəsində razılaşmaq üçün podratçılarla danışıqlar aparmaq;
  • Müqavilə imzalanması üçün zəruri texniki sənədləri və sertifikatları hazırlamaq;
  • Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatınin müəyyənləşdirilməsi.

Davranış bacarıqları:

  • Təhlil etmək və problem həll etmək bacarığı;
  • Ünsiyyət bacarığı;
  • Tapşırıqların icrasında çevik yanaşma bacarığı;
  • Analitik və problem həll etmə bacarığı;
  • Əməkdaşlıq və Komanda işi;
  • Vaxtın düzgün idarə edilməsi;

Biliklər:

  • Ali təhsil (Tikinti üzrə olması üstünlükdür);
  • Azərbaycan, İngilis və Rus dillərini bilməli;
  • Sənaye malları üzrə təchizat və tender sahəsində iş təcrübəsi 3 ildən artıq;
  • MS Office (Word, Excel, Power Point) yüksək səviyyədə bilmək;
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
  • Tikinti sahəsi barədə məlumatlı olması.

Əmək şəraiti:

  • Həftə içi 5 gün saat 09:00-18:00);
  • İstirahət günləri: Şənbə və Bazar;
  • Korporativ nömrə (korporativ paket);
  • Əməkhaqqı: Namizədin təcrübəsinə əsasən müəyyənləşdiriləcək;
  • Ünvan: Bakı şəh, Xətai rayonu, Daşqın Səfərov küç. 9

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mailın mövzu hissəsində “Tender üzrə baş mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər