7 C
Baku
Thursday, December 12, 2024

Texniki işlər Müdiri – Azersun Holding

0
Texniki işlər Müdiri – Azersun Holding
18.10.2019

Vakansiyanın adı: Texniki işlər Müdiri

Namizədə aid tələblər:

• Ali Texniki təhsil,
• Texniki sahədə 5 il iş təcrübəsi,
• Texniki sahəni və Kənd Təsərrüfatı texnikaları təmiri sahəsini bilməli,
• Texniki təhlükəsizlik qaydalarını bilməli,
• Nasazlığın səbəbini aşkar etməyi bacarmalı,
• İdarəçilik qabiliyyəti olmalı,

İş haqqında məlumat:

• Ofis binasında və ərazidə olan texniki sahədən məsuliyyət daşıyır.
• Yeni avadanlıqların qurulmasını və ya prosesin gedişatı zamanı avadanlıq və təchizatların   layihələndirilməsi, yerləşdirilməsi, montajı və demontajını təşkil etmək
• Avadanlıq və texnikaların vaxtaşırı (həftəlik, aylıq və illik) mexaniki baxışlarını həyata keçirtmək,
• Dəzgahların köhnəlmə müddətini nəzərə alaraq minimum sayda ehtiyat hissələrinin anbar sayını planlamaq
• Emal ediləbilən ehtiyat hissələrini və texniki vəsaitləri təsbit edib emalatxanada istehsalını təşkil etmək
• Tabeçiliyində olan texniki işçilərin işlərinə nəzarət etmək.
• İşçilərin iş bölgüsünü etmək və işlərini planlamaq.

İş yeri: Hacıqabul rayonu Padarçöl

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Texniki İşlər Müdiri”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər