Quba
31.01.2022
İş yeri: Quba
İş təcrübəsi: 3-5 il (Texniki sahə üzrə)
Təhsil: Ali təhsil (müvafiq texniki sahə üzrə təhsil)
Yaş həddi: 30-40 yaş
Vəzifə öhdəlikləri:
- Təsdiqlənmiş planlar əsasında işin təşkilini təmin etmək;
- Tabeliyində olan texniki heyətin gündəlik işini planlaşdırmaq və nəzarət etmək;
- Mexanik sistemlərdə və avadanlıqlarda texniki xidmətin aparılması və daima saz vəziyyətdə saxlanılmasını təmin etmək;
- Elektrik stansiyalarında avadanlıqların və boru kəmərlərinin quraşdırılması və mexaniki istismarına nəzarət etmək;
- Təbii qaz sistemlərinin, isitmə sistemlərinin, ventilyasiya sistemlərini, Ciller – fankoyl sistemlərinin quraşdırılması və istismarı;
- Qazanxana qurğularından və Qaz turbin qurğularından atmosferə atılan zərərli tullantılarının təyini;
- Qazanxana, su arıtma və havalandırma sistemlərində dövri yoxlamaların aparılmasını təmin etmək;
- Qazanxana, su arıtma və havalandırma sistemlərində planlı və profilaktik dövri təmir işlərinin həyata keçirilməsi;
- Həyata keçirilən texniki qulluq xidmətinin təhlükəsizlik qaydalarına uyğun olmasını təmin etmək;
- Nasazlıqlar və ya da dayanma halında dərhal müdaxilə etmək və bu müddəti mümkün qədər qısaltmaq;
- Qırılan və ya qüsurlu komponentlərin təmiri və ya dəyişdirilməsini təmin etmək;
- Təmir edilmiş komponentlərin və mexanizmlərin normal işləməsi üçün yoxlama testlərini təmin etmək;
- Təmir işlərinin sənədləşdirilməsini təmin etmək;
- Məsul olduğu sahələrdə avadanlıqların və texniki qurğular üçün texniki qulluq büdcə planın hazırlanmasında iştirak etmək;
- İşdə müasir texniki vasitələrin istifadəsi üzrə təkliflər vermək;
- Texniki qulluq üçün lazım olan ehtiyat hissə, alət və avadanlıqların planlı şəkildə təminatını təmin etmək;
- Məsul olduğu sahələrdə planlaşdırılan və yerinə yetirilmiş işlər üzrə tələb olunan qaydada rəhbərliyə hesabatların təqdim olunmasını təmin etmək.
Namizəd üçün tələblər:
- Mexanika mühəndisliyi üzrə bakalavr/magistr təhsili;
- Mexanik, elektrik, santexnika və istilik və havalandırma sistemləri üzrə qabaqcıl biliklər;
- Sistem sxemlərini oxuma bacarığı;
- Texniki problemlərə diaqnoz qoymaq və aradan qaldırılması bacarıqları;
- Təhlükəsizlik və avadanlıq təmiri prosedurlarını anlama;
- Yaxşı ünsiyyət və təlim bacarıqları;
- MS Office və AutoCad proqramlarından istifadə bacarığı;
- Hesabat hazırlama və analiz etmə bacarığı.
Təminatlar:
- Yaşayış yeri ilə təmin edilir;
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
- Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.
Vakansiya ilə maraqlanan şəxslər CV-sini mövzu yerinə “Texniki işlər şöbəsinin müdir müavini” yazmaqla göndərə bilərlər.
E-mail: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |