12 C
Baku
Wednesday, December 11, 2024

Texniki şöbənin kiçik mütəxəssisi – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

0
Texniki şöbənin kiçik mütəxəssisi – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Bakı
25.09.2023

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafat.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil;
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis ünsiyyət bacarığı;
  • Ofis proqramları üzrə biliklər, GPRS üzrə biliklərin olması üstünlükdür;
  • Ünsiyyət və vaxtın idarəedilməsi bacarığı;
  • Problem həlletmə bacarığı.

Görəcəyiniz işlər: 

  • Hər ay üzrə sürücülərə yol vərəqlərinin verilməsi;
  • Agentliyin əməkdaşlarının nəqliyyat vasitəsi ilə təmin edilməsi;
  • GPRS vasitəsilə avtomobillərin marşrutuna nəzarət etmək və ehtiyac olduğu təqdirdə GPRS monitorinq sistemi vasitəsilə müəyyən hesabatları hazırlamaq;
  • Gündəlik avtomobillərin təmizliyinə nəzarət etmək;
  • Avtomobillərin texniki göstəricilərinə uyğun olaraq hər ay üzrə yanacağın hesablanması və yanacaq kartlarına yüklənilməsi;
  • Ezamiyyə zamanı yol vərəqlərinin yazılması və müvafiq normaya uyğun olaraq nəqliyyat xərcinin müəyyənləşdirilməsi.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Bakı şəh., Lev Tolstoy küç.,170.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 08.10.2023-cü il;
  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. [email protected]