10 C
Baku
Bazar, Dekabr 5, 2021

Texniki Xidmət və Təmir üzrə Şöbə rəisi – Azertexnolayn

0
Texniki Xidmət və Təmir üzrə Şöbə rəisi – Azertexnolayn
29.10.2021

Əmək funksiyası: 

  • Bütün təmir və kalibrasiya olunacaq cihazlara nəzarət etmək.
  • Pozulmaları müəyyən etmək və nəzarət ölçü cihazlarını sazlamaq.
  • Sistemin normal fəaliyyətini təmin etmək üçün şərtlərlə bağlı dəyişiklik və yeniliklərdə effektiv bir tərzdə davranmaq və təşəbbüs göstərmək.
  • Avadanlıqların alınmasını tövsiyə etmək, spesifikasiyalar üzrə sənədlərin hazırlanması  Texnoloji prossesin effektiv və etibarlı şəkildə getməsi üçün nəzarət işləri aparmaq.
  • Dayanma və xarab olmaların qarşısının alınması üçün cari təmir və texniki qulluq cədvəlini tərtib etməli və nəzarətdə saxlamalı.
  • Prossesdəki dəyişiklikləri analiz edir, anomaliyalar halında hesabat verir, anormallıqların düzəldilməsi üçün səbəb araşdırması həyata keçirməli.
  • Prosesinin tələblərinə uyğun olan optimal işləyişi və hesabat sistemlərinin optimal çalışmasını təmin etməli.
  • Nöqsanların səbəblərinin müəyyən edilməsində, test yoxlamalarının aparılmasında və prossesin tələbinə uyğun dəyişikliklərin aparılmasında əməliyyatda çalışan mütəxəssislərlə əməkdaşlıq etməli.
  • Nəzarət sistemləri üzrə tələb olunan təlim və işçilərin işə giriş və sonrakı təlim almalarında yardım etməli.
  • Təhlükəli hadisələr, iş qəzaları və təhlükəsizlik normalarının pozulması barəsində hesabat verməlidir. Hər zaman təhlükədən azad iş mühitini təmini üçün təşəbbüs göstərməli.
  • Növbə ərzində işə başlamazdan əvvəl maşın və avadanlıqların elektrik yönündən gözdən keçirtməli.
  • İş zamanı istehsalat proseslərinin aparıldığında, maşın və avadanlıqları nəzarət altında saxlamalı.
  • Plana əsasən vaxtında təmizləmə, tənzimləmə işlərini aparmalı.
  • Növbə ərzində rəhbərlik tərəfindən gələn təlimatlar çərçivəsində işləməli.
  • Avtomatika ilə əlaqədar olaran problemləri həll etdikdən sonra lazımi qeydiyyatını aparmalıdır.
  • İllik olaraq hazırlanmış təmir baxım planları doğrultusunda işləri görülməsini həyata keçirtməlidir.

Bilməlidir:

  • Proses axın diaqramlarının, fövqəladə hal diaqramlarının, hidravlik xarakteristika hesabatlarının və s. bu kimi layihə sənədlərini analiz etmə bilik və bacarığı.
  • Avtomatika və idarəetmə sistemləri layihələrini oxuya və analiz edə bilməli.
  • MMC və PLC konfiqurasiyası, quraşdırılması, optimallaşdırılması və təmiri bilik və bacarığı.
  • MMC və PLC ilə təchiz olunmuş proseslərin və maşınların prinsipial və elektrik sxemlərini oxuma bilik və bacarığı.
  • Sahə cihaz və avadanlıqlarının, mühərrik sürücülərinin və s. texniki vasitələrinin işləmə prinsiplərini bilməli, idarəetmə kontrollerləri ilə əlaqələrinin qurulması istiqamətində bilik və bacarığı olmalı.
  • Sənaye xəbərləşmə şəbəkələri metodlarını bilməli və bacarığı olmalıdır.
  • Hidravlika, pinevmatika və elektrik təchizatı sistemlərini bilməlidir.
  • Kompüter əməliyyat sistemlərini ümumi bilməlidir.
  • Sənədləşmə təcrübəsi olmalıdır.
  • Sistemin funksional tələblərini, əməliyyat mərhələlərini bilməlidir.
  • Hesabat hazırlama bacarığı olmalıdır.
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarını bilməlidir

İş qrafiki: 

  • Həftədə 5 gün / 8 saat: 09:00-18:00
  • İstirahət günü: Şənbə/Bazar günü

Namizədə tələblər: 

  • Ali təhsil
  • Rus və İngilis dillərini mükəmməl bilməli
  • İstehsal sahəsində Baş mühəndis, Aparıcı mühəndis, Texniki Xidmət sahəsi üzrə şöbə müdiri  olaraq 5 il iş təcrübəsi olmalıdır.
  • Kişi namizədlər. Yaş aralığı 30-45

Namizədlərin dəyərləndirilmə prosesi: 

  • Birinci mərhələ- Uyğun görülən namizədlər ilə online görüşüləcək.
  • İkinci mərhələ- İR şöbə rəisi və Zavod müdiri ilə müsahibə

Təminatlar:

  • Nahar və servis şirkət tərəfindən verilir;
  • Korporativ nömrə ilə təmin edilmə;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən dəyərləndirililəcək.

Qeyd: Tələblərə uyğun gələn namizədlər  CV-lərini “TXT Şöbə rəisi”  başlığı altında qeyd edərək göndərmələri xahiş olunur. Sahə üzrə təcrübəsi olamyan, ən az 5 il müddətində Baş mühəndis, Aparıcı mühəndis və Texniki şöbə müdiri olmayan nazmizədlərin CV-ləri dəyərləndirilməyəcək.  Dəyərləndirmə haqqında geri dönüş edilməyəcək.

Əlavə əlaqə vasitəsi-whatsapp: 050 268 45 95

Ünvan:  Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. AZ 5000. Azərbaycan Sumqayıt Kimya Sənaye Parkı.

Əlaqə nömrəsi: +994 12 377 44 44

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər
X