Əmək funksiyası:
- Bütün təmir və kalibrasiya olunacaq cihazlara nəzarət etmək.
- Pozulmaları müəyyən etmək və nəzarət ölçü cihazlarını sazlamaq.
- Sistemin normal fəaliyyətini təmin etmək üçün şərtlərlə bağlı dəyişiklik və yeniliklərdə effektiv bir tərzdə davranmaq və təşəbbüs göstərmək.
- Avadanlıqların alınmasını tövsiyə etmək, spesifikasiyalar üzrə sənədlərin hazırlanması Texnoloji prossesin effektiv və etibarlı şəkildə getməsi üçün nəzarət işləri aparmaq.
- Dayanma və xarab olmaların qarşısının alınması üçün cari təmir və texniki qulluq cədvəlini tərtib etməli və nəzarətdə saxlamalı.
- Prossesdəki dəyişiklikləri analiz edir, anomaliyalar halında hesabat verir, anormallıqların düzəldilməsi üçün səbəb araşdırması həyata keçirməli.
- Prosesinin tələblərinə uyğun olan optimal işləyişi və hesabat sistemlərinin optimal çalışmasını təmin etməli.
- Nöqsanların səbəblərinin müəyyən edilməsində, test yoxlamalarının aparılmasında və prossesin tələbinə uyğun dəyişikliklərin aparılmasında əməliyyatda çalışan mütəxəssislərlə əməkdaşlıq etməli.
- Nəzarət sistemləri üzrə tələb olunan təlim və işçilərin işə giriş və sonrakı təlim almalarında yardım etməli.
- Təhlükəli hadisələr, iş qəzaları və təhlükəsizlik normalarının pozulması barəsində hesabat verməlidir. Hər zaman təhlükədən azad iş mühitini təmini üçün təşəbbüs göstərməli.
- Növbə ərzində işə başlamazdan əvvəl maşın və avadanlıqların elektrik yönündən gözdən keçirtməli.
- İş zamanı istehsalat proseslərinin aparıldığında, maşın və avadanlıqları nəzarət altında saxlamalı.
- Plana əsasən vaxtında təmizləmə, tənzimləmə işlərini aparmalı.
- Növbə ərzində rəhbərlik tərəfindən gələn təlimatlar çərçivəsində işləməli.
- Avtomatika ilə əlaqədar olaran problemləri həll etdikdən sonra lazımi qeydiyyatını aparmalıdır.
- İllik olaraq hazırlanmış təmir baxım planları doğrultusunda işləri görülməsini həyata keçirtməlidir.
Bilməlidir:
- Proses axın diaqramlarının, fövqəladə hal diaqramlarının, hidravlik xarakteristika hesabatlarının və s. bu kimi layihə sənədlərini analiz etmə bilik və bacarığı.
- Avtomatika və idarəetmə sistemləri layihələrini oxuya və analiz edə bilməli.
- MMC və PLC konfiqurasiyası, quraşdırılması, optimallaşdırılması və təmiri bilik və bacarığı.
- MMC və PLC ilə təchiz olunmuş proseslərin və maşınların prinsipial və elektrik sxemlərini oxuma bilik və bacarığı.
- Sahə cihaz və avadanlıqlarının, mühərrik sürücülərinin və s. texniki vasitələrinin işləmə prinsiplərini bilməli, idarəetmə kontrollerləri ilə əlaqələrinin qurulması istiqamətində bilik və bacarığı olmalı.
- Sənaye xəbərləşmə şəbəkələri metodlarını bilməli və bacarığı olmalıdır.
- Hidravlika, pinevmatika və elektrik təchizatı sistemlərini bilməlidir.
- Kompüter əməliyyat sistemlərini ümumi bilməlidir.
- Sənədləşmə təcrübəsi olmalıdır.
- Sistemin funksional tələblərini, əməliyyat mərhələlərini bilməlidir.
- Hesabat hazırlama bacarığı olmalıdır.
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarını bilməlidir
İş qrafiki:
- Həftədə 5 gün / 8 saat: 09:00-18:00
- İstirahət günü: Şənbə/Bazar günü
Namizədə tələblər:
- Ali təhsil
- Rus və İngilis dillərini mükəmməl bilməli
- İstehsal sahəsində Baş mühəndis, Aparıcı mühəndis, Texniki Xidmət sahəsi üzrə şöbə müdiri olaraq 5 il iş təcrübəsi olmalıdır.
- Kişi namizədlər. Yaş aralığı 30-45
Namizədlərin dəyərləndirilmə prosesi:
- Birinci mərhələ- Uyğun görülən namizədlər ilə online görüşüləcək.
- İkinci mərhələ- İR şöbə rəisi və Zavod müdiri ilə müsahibə
Təminatlar:
- Nahar və servis şirkət tərəfindən verilir;
- Korporativ nömrə ilə təmin edilmə;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən dəyərləndirililəcək.
Qeyd: Tələblərə uyğun gələn namizədlər CV-lərini “TXT Şöbə rəisi” başlığı altında qeyd edərək göndərmələri xahiş olunur. Sahə üzrə təcrübəsi olamyan, ən az 5 il müddətində Baş mühəndis, Aparıcı mühəndis və Texniki şöbə müdiri olmayan nazmizədlərin CV-ləri dəyərləndirilməyəcək. Dəyərləndirmə haqqında geri dönüş edilməyəcək.
Əlavə əlaqə vasitəsi-whatsapp: 050 268 45 95
Ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. AZ 5000. Azərbaycan Sumqayıt Kimya Sənaye Parkı.
Əlaqə nömrəsi: +994 12 377 44 44
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |