7 C
Baku
Saturday, December 27, 2025

Texnologiya transferi şöbəsinin baş mütəxəssisi – Yüksək Texnologiyalar Parkı

0
Texnologiya transferi şöbəsinin baş mütəxəssisi – Yüksək Texnologiyalar Parkı
Bakı
25.12.2025
Yüksək Texnologiyalar Parkı “Texnologiya transferi şöbəsinin baş mütəxəssisi” vəzifəsinə vakansiya elan edir!
Əsas tələblər:
– Ali təhsil (magistratura dərəcəsi) (məsələn, mühəndislik, kimya, fizika, biologiya, materialşünaslıq və s.);
– Tədqiqat və ya innovasiya yönümlü layihələrin icrasında minimum 3 il iş təcrübəsi;
– Yaxşı səviyyədə biznes bilikləri və analitik düşünmə bacarığı (öz biznes təcrübəsi, sahibkarlıq fəaliyyəti və s.);
– Layihələr üzrə sənədləşmə, məlumatların toplanması və hesabatların hazırlanması bacarığı;
– Güclü təşkilati və planlaşdırma bacarıqları;
– Effektiv ünsiyyət, tərəfdaşlarla işləmə və rəsmi yazışma bacarıqları;
– Komanda ilə işləmə və tapşırıqları vaxtında icra etmə bacarığı;
– Yüksək məsuliyyət hissi, təşəbbüskarlıq;
– Patent proseslərində şəxsi təcrübə (patent müəllifliyinin və ya patent müraciəti prosesindən keçmiş olma) (arzuolunandır);
– Azərbaycan dilini mükəmməl səviyyədə, ingilis dilini yüksək səviyyədə bilmək; (rus dilini bilmək üstünlükdür);
– Texnologiya transferi, innovasiya menecmenti və ya kommersiyalaşdırma sahələrində praktiki biliklər;
– Startap ekosistemi və innovasiya təşəbbüsləri ilə tanışlıq.
Əməkhaqqı: Razılaşma əsasında
Son müraciət tarixi: 11.01.2026
Tələblərə cavab verən namizədlər CV-lərini [email protected] e-poçt ünvanının “mövzu” bölümünə “Texnologiya transferi şöbəsinin baş mütəxəssisi” qeyd etməklə göndərməkləri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər