Bakı
     
03.05.2024
    Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
 - Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
 - Karyera irəliləyişlərində yaradılan şərait;
 - Rəqabətədavamlı əmək haqqı;
 - İldə üç dəfə mükafat.
 
Bizim üçün uyğun namizəd:
- Ali təhsil;
 - Maliyyə, iqtisadiyyat, biznesin təşkili, səhiyyə və ya idarəetmə sahəsində minimum 3 il iş təcrübəsi (5 il ümumi iş təcrübəsi mütləqdir);
 - Komandanın və vaxtın idarə olunması bacarığı;
 - İnduktiv və analitik təhlil bacarığı;
 - Microsoft Ofis və Power BI proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
 - Azərbaycan və ingilis dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı.
 
Görəcəyiniz işlər:
- Agentlik üçün tibbi xidmət ehtiyaclarının təhlili və göstərdiyimiz xidmətlərə dəyər əlavə edən imkanların müəyyən edilməsi;
 - Bazar təhlilinin (benchmarking, bazar iştirakçılarının təhlili) aparılması ilə təchizatçılardan və şirkətdən məlumatların toplanması;
 - Xidmətlərin təhlili və onlara uyğun olaraq tərəfdaşlıqların və məhsuldar əlaqələr şəbəkəsinin qurulması;
 - Özəl tibb müəssisələri və təchizatçılar ilə təklifləri müzakirə etmək və müqavilə bağlanması;
 - Onların performansı üçün KPİ-ların müəyyənləşdirilməsi və idarə edilməsi;
 - Agentlik üçün riskləri və xərcləri azaltmaq məqsdəli satınalma strategiyalarının təklifi və həyata keçirilməsi;
 - Regional və qlobal səviyyəli ən yaxşı təcrübələrin araşdırılması, müqayisəli təhlillərin edilməsi və boşluq təhlillərinin aparılması;
 - Təhlillərin nəticələri ilə bağlı təqdimatların və tərəfdaşlıqların təklif edilməsi;
 - Ehtiyac olduqda proseslərin və ümumi yanaşmanın optimallaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
 - Göstərilən tibbi xidmətlərin analitik təhlillərinin aparılması, proseslərin, xərclərin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi;
 - İcbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşməsinin təkmilləşdirilməsi istiqamətində analitik sənədlər hazırlamaq, qiymətləndirmələr aparmaq və təkliflər vermək;
 - Ölkənin sosial-iqtisadi və demoqrafik göstəriciləri üzrə təhlillər aparmaq, icbari tibbi sığortanın daha effektiv tətbiqi və inkişafı üçün istiqamətlərin müəyyən edilməsinə dair təkliflər hazırlamaq.
 
Əlavə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi (bazar ertəsi-cümə);
 - İş vaxtı: 09:00 – 18:00;
 - İş yeri: Bakı şəh., Begoc Biznes Mərkəzi.
 
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 15.05.2024-cü il;
 - CV-lər e-mail ünvanına göndərilməlidir;
 - Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
 - Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
 
İşin aid olduğu sahə
| Kateqoriya | Sığorta | 



