Vakansiyanın təsviri
• İnvestisiya siyasəti ilə müəyyən edilmiş proporsiyalara uyğun olaraq investisiya portfelinin valyuta tərkibinin bölüşdürülməsini təmin etmək.
• Maliyyə bazarlarındakı tendensiyalarla birlikdə İnvestisiya siyasəti çərçivəsində kapital və alternativ investisiyalar alt portfelində taktiki dəyişikliklərlə bağlı təkliflər hazırlayıb rəhbərliyə təqdim etmək.
• Strategiya ilə müəyyən edilmiş səhmlərin və alternativ investisiyaların ticarətini həyata keçirmək.
• Portfelə daxil olan özəl fondları idarə edən qurumlar tərəfindən ayrılmış investisiyaların bu fondların investisiya strategiyalarına uyğunluğunu təmin etmək.
• Birbaşa rəhbərin və Fondun rəhbərliyinin tələbi əsasında tədqiqat aparmaq və hesabatlar, təqdimatlar və digər analitik materialları hazırlamaq.
• Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər vəzifə və öhdəlikləri yerinə yetirmək.
Xüsusi tələblər
- Maliyyə, iqtisadiyyat və ya riyaziyyat sahələri üzrə ali təhsil.
- Azərbaycan və ingilis dilləri səlis səviyyədə bilmək tələb olunur.
- Bu sahə üzrə iş təcrübəsinin olması arzuolunandır.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |