Şuşa
17.05.2024
Vəzifə öhdəlikləri:
- Şuşa şəhərinin coğrafiya, tarix, mədəniyyət və turizm potensialına dair məlumatların araşdırılmasında şöbə müdirinə köməklik göstərmək;
- Şuşaya təşrif buyuran (rəsmi xətlə) qonaqların qarşılanması, müşayiət olunması və məlumatlandırılmasında iştirak etmək;
- Fərqli bazar və səyahət zonaları barədə məlumatları araşdırmaq, toplamaq, məlumatları təhlil edib uyğun turizm marşrutları hazırlamaq;
- Maşrutların hazırlanmasında tur bələdçilərlə, digər mütəxəssislərlə işləmək, yeni marşrutları testdən keçirmək;
- Hazır turlar barədə turizm biznes subyektlərini mütəmadi məlumatlandırmaq, tur məhsullarının tanıtım işlərini icra etmək;
- Turizm biznesi subyektləri və obyektləri ilə görüşlər keçirir, biznes əlaqələri yaradır;
- Tur məhsullarının birbaşa qonağa və korporativ tərəfdaşlara satışını təşviq edir;
- Gündəlik və aylıq inzibati işləri, tapşırıqları vaxtında icra edir, hesabatların yazılmasını, onların rəhbərliyə ötürülməsini təmin edir;
- Satış müqavilələrini nəzarətdə saxlayır;
- Birbaşa rəhbərinin göstərişi ilə qoruq layihələrində iştirak edir, turizm tədbirlərinin təşkilini və təbliğini icra edir, müxtəlif növ tanıtım məhsullarının hazırlanmasını, ümumi komunikasiyanı icra edir;
- Vəzifə öhdəliyindən irəli gələn digər tapşırıqları icra edir.
Vəzifəyə dair tələblər:
- Müvafiq sahə üzrə 2 illik iş stajı
- İdarəetmə, iqtisadiyyat və ya humanitar sahələr üzrə ali təhsil
- Azərbaycan dilini səlis bilməlidir
- İngilis dili C1 səviyyəsi
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları |