Ümumi işlər şöbəsinin müdiri – Azericard

    Bakı
    Posted 6 months ago

    “Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir.

    Hal – hazırda aktiv olan vakansiya: Ümumi işlər şöbəsinin müdiri.

    İşin təsviri:

    • Şöbənin fəaliyyətinin təşkili və ona rəhbərlik edilməsi;
    • Təşkilatın bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunun təmin edilməsi;
    • Müvafiq əsasnamə, qayda, təlimat, əmr, protokol və hüquqi rəy tələb olan digər sənədlərin və işlərin qanunvericiliyə uyğunluğunun yoxlanması;
    • İnzibati və kargüzarlıq işləri ilə bağlı zərurət üzrə mütəxəssislərə dəstək göstərmək;
    • Şöbənin fəaliyyətinə aid sənədləri, hesabatları yoxlamaq və rəhbərliyə təqdim etmək;
    • Şöbənin bölmələrinin sifarişlərinə müvafiq olaraq, xidmətlərlə bağlı görüləcək işlərin planlarının hazırlanmasına rəhbərlik etmək;
    • İnzibati binanın təchizat işləri üzrə mütəmadi baxışın keçirilməsinə dair nəzarət;
    • Vəzifə tələblərindən irəli gələn sair işlərin icrası.

    Tələblər:

    • Ali təhsil (hüquq təhsili olana üstünlük veriləcək);
    • Müvafiq sahədə idarəçilik üzrə ən azı 3 il iş təcrübəsi;
    • Azərbaycan, Rus və İngilis dillərini bilməsi;
    • Stressə davamlılıq. Özünü idarə etmə və təşkilatçılıq qabiliyyəti;
    • Komandada işləmək bacarığı;
    • Digər struktur bölmələri ilə ünsiyyət və münasibət qura bilmə bacarığı;
    • Ofis proqramları (Excel, Word) mükəmməl bilmə bacarığı.

    Namizədlərdən CV-lərini “Ümumi işlər şöbəsinin müdiri” mövzusu ilə [email protected] ünvanına göndərmək xahiş olunur.
    Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

    Job Features

    Job CategoryDigər şirkətlər

    Apply Online