Bakı
01.02.2024
Vəzifə öhdəlikləri:
- Uyğunluğun Təminatı şöbəsinin rəhbəri ilə məsləhətləşmələr apararaq Uyğunluq Təminatı şöbəsinin funksiyasını işləyib hazırlamaq.
- Qeyri-qanuni, qeyri-etik və ya düzgün olmayan davranışların qarşısını almaq üçün Uyğunluğun Təminati Proqramının və onunla əlaqəli fəaliyyətlərin siyasətini və prosedurlarını hazırlamaq, tətbiq etmək, dəstəkləmək və onlara nəzarət etmək.
- Uyğunluğun Təminatı Proqramının gündəlik işinə nəzarət etmək.
- Uyğunluğun təminatı ilə bağlı məsələlərin araşdırılması və həll edilməsi məqsədilə həmin məsələləri müvafiq mövcud kanallara yönəltmək üçün digər şöbələrlə (məsələn, hüquq, daxili nəzarət, İR və s.) əməkdaşlıq etmək.
- Tətbiq olunan qaydaların, siyasətlərin, prosedurların və Davranış Kodeksinin tələblərinin iddia edilən pozuntu hallarını qiymətləndirmək və araşdırmanın başlanması üçün tövsiyələrini vermək.
- Riskləri təhlil edərək uyğunluğun təminatı sahəsində zəif nöqtələri və potensial riskləri müəyyən etmək; problemli məsələlərin həlli üçün təhsisedici tədbirlər planlarını hazırlamaq/həyata keçirmək və gələcəkdə analoji vəziyyətlərin qarşısını alınması və ya həll edilməsi üsulları barədə ümumi təlimatlar vermək.
- Uyğunluğun təminatı üzrə məlumatlandırma proqramını dəstəkləmək, o cümlədən a) Uyğunluğun təminatı üzrə Qaynar Xətdən istifadəni; b) Davranış Kodeksi və digər müvafiq siyasətlər haqqında məlumatlılığın artırılmasıni; və c) uyğunluğun təminatı sahəsində yeni və mövcud məsələlərin və müvafiq siyasət və prosedurların öyrənilməsini təşviq etmək .
- Uyğunluğun təminatı üzrə səmərəli təlim proqramının, o cümlədən yeni işçilər üçün müvafiq işə qəbul təliminin, eləcə də bütün işçilər və rəhbərlik üçün davamlı təlimlərin hazırlanmasını dəstəkləmək.
- Uyğunluğun təminatı proqramının və əlaqəli fəaliyyətlərin icrasına davamlı olaraq nəzarət etmək, eyni zamanda proqramın effektivliyini artırmaq üçün müvafiq tədbirlər görmək.
- Uyğunluğun təminatı ilə bağlı auditləri həyata keçirmək üçün Daxili Nəzarət şöbəsi ilə sıx əməkdaşlıq etmək.
- Tranzaksiya əməliyyatları, yeni risk sahələri, şirkətin siyasət və ya prosedurlardakı çatışmazlıqlar və ya qeyri-müəyyənliklər və ya nəzarətin gücləndirilməli olduğu sahələr üzrə məsləhətlər vermək.
- Üçüncü Tərəf İdarəetmə və KYC (Müştərini Tanı) proqramının yerli icrasına cavabdehlik daşımaq.
- Qanunlar və qaydalar haqqında mövcud məlumatların əldə edilməsini, dəyişikliklərdən xəbərdar ounmanı təmin etmək.
Tələblər:
- Uyğunluğun təminatı sahəsində 5 ildən artıq təcrübə.
- Antiinhisar fəaliyyəti haqqında Qanunun icrasına, Rüşvətxorluğa və Korrupsiyaya Qarşı Mübarizə, Maraqların Toqquşması, Dələduzluq, Sanksiyalara dair Uyğunluğun təminatı proqramlarının hazırlanması, tətbiqi və icrasında təcrübə.
- Uyğunluq göstəricilərinin tərtib edilməsi və tətbiqi üzrə təcrübə.
- Yuxarı rəhbərliyi dəstəkləmək, yaradıcı həllər hazırlamaq və bir sıra biznes tapşırıqların inteqrasiyası təcrübəsi.
- Azərbaycan, ingilis və rus dillərində mükəmməl şifahi və yazılı ünsiyyət qurmaq bacarıqları
- Peşəkar mühakimə yürütmək və işlə bağlı problemləri və ehtiyacları anlamaq və onlara cavab vermək bacarığı.
- Dürüstlük, peşəkarlıq, sədaqət, hörmət və işgüzar etikanın yüksək standartlarına malik olmalıdır.
- Müstəqil işləmək, habelə kiçik və böyük məsələlərin öhdəsindən eyni dərəcədə gəlmək bacarığı.
- İşə qəbul zamanı yoxlamadan, o cümlədən, məhdudlaşmadan, narkoloji testdən, xasiyyətnamədə qeyd olunan məlumatların yoxlanılmasından və anket yoxlamalarından keçməyə hazır olmalıdır.
- Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqlarına sahib olmalı
- Mükəmməl təşkilatçılıq və fakt toplama bacarıqlarına sahib olmalı
- Hüquq, Maliyyə, Biznes və ya İnsan Resursları üzrə bakalavr dərəcəsini bitirməli
- Uyğunluğun təminatı üzrə ixtisaslaşmış mütəxəssis (Certified Compliance Professional (CCP)) və ya ekvivalent sertifikata malik olmalıdır
İş rejimi: 5 günlük/ 09:00-18:00
İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |