10 C
Baku
Sunday, April 14, 2024

Vergi məsələləri üzrə mütəxəssis – MKT İstehsalat Kommersiya MMC

0
Vergi məsələləri üzrə mütəxəssis – MKT İstehsalat Kommersiya MMC
Bakı
28.07.2021

“MKT İK” MMC Muhasibatlıq komandasına qoşulmaq üçün açıq fikirli və enerjili Vergi məsələləri üzrə mütəxəssis axtarır.

Vəzifə öhdəlikləri:

• Vergilərin müvafiq qaydada hesablanmasının təmin etmək məqsədilə mühasibat əməliyyatlarında vergi monitorinqinin aparılması;
• Vergilərin hesablanması, bütün vergi hesabatlarının yerli vergi qanunvericiliyinə əsasən hazırlanması və vergi orqanlarına vaxtında təqdim edilməsi;
• Gəlir vergisi, ƏDV, əmlak vergisi, DSMF və s. kimi vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
• Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və sorğuların vaxtında cavablandırılması;
• Vergi uçotu ilə bağlı bütün sənədlərin Şirkətin sənəd saxlanma qaydalarına uyğun saxlanmasına nəzarət;
• Vergi və audit yoxlamalarında iştirak edilməsi;
• Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıq və vəzifələrin yerinə yetirilməsi.

Tələblər:

• İqtisadiyyat, mühasibat uçotu və ya maliyyə-kredit sahəsində bakalvr və ya daha yüksək təhsil dərəcəsi;
• Maliyyə, mühasibat uçotu, vergi qanunvericiliyi və hesabat və ya digər oxşar sahələrdə minimum 3 il iş təcrübəsi;
• Microsoft Office (Word, Excel) proqramları üzrə mükəmməl biliyin olması;
• 1С 8.3 proqramlarında sərbəst işləmək bacarığı;
• Güclü tədqiqat və analitik düşünmə qabiliyyəti və məsələlərin həllində təşəbbüsün göstərilməsi;
• Hesabatların hazırlanması və yazı bacarıqları;
• Fərdi qaydada və komandada işləmək bacarığına malik olmaq;
• İngilis və rus dili arzu olunandır.

Səriştələr:

• Məsuliyyətli
• Şəxsi inkişafa meylli
• Pozitiv
• Özünütəşkiletmə qabiliyyəti
• Nailiyyət yönümlülük

Əlavə məlumat:

• Əmək haqqı razılaşma əsasında;
• İş qrafiki: Beş günlük iş həftəsi;
• İş yeri: Baki şəhəri, Qafqaz Business Center;
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “JS Vergi məsələləri üzrə mütəxəssis” mövzusu ilə [email protected]  elektron ünvanına göndərə bilərsiniz.

 

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər