5 C
Baku
Wednesday, February 28, 2024

Vergi qanunvericiliyi üzrə təlimçi – BPG Consulting Centre

0
Vergi qanunvericiliyi üzrə təlimçi – BPG Consulting Centre
Bakı
04.05.2023

BPG Consulting Centre olaraq vergi qanunvericiliyi sahəsində online və əyani formada təşkil olunacaq təlimlərə təlimçilər axtarışındayıq.

Son tarix : 03.06.2023

İşin təsviri:

BPG Consulting Centre tərəfindən peşəkar standartlar əsasında vergi qanunvericiliyi sahəsində təşkil olunacaq təlimlərə peşəkar təlimçilər axtarışındayıq. Nəzəri və Praktiki biliklərini, peşəkar vərdişlərini sözü gedən sahələrdə kariyeralarını qurmaq istəyən gənclərimiz ilə bölüşməkdə maraqlı olan, öz üzərində daim çalışan hər bir kəsi BPG Consulting Centre şirkətinin təlim və tədris şöbəsində sabahın qurucuları olan təlimçilər olmağa dəvət edirik.

Tələblər:

  • Ali təhsil,
  • Müraciət edəcəyi sahə üzrə nəzəri və praktiki biliklər.
  • Müraciət edəcəyi sahə üzrə daim biliklərini yeniləyənlər,
  • Xüsusi material və tədris üsulundan istifadə etməklə təlim proqramının təşkili,
  • Təmkinli, səbirli və pedaqoqika qabiliyyətinin olması.
  • Təlimçi olaraq 1 illik təcrübə

Təlim və tədrislərin keçiriləcəyi dillər : Azərbaycan dili / Rus dili

Qeydlər:

  • Müvafiq sahə üzrə sertifikatlara malik olan müraciət edənlər, seçimlər üzrə birinci mərhələdən azad olacaqlar.
  • Xidmət haqqı Azərbaycan Respublikasının əmək qanunvericiliyinə əsasən tam rəsmi qaydada ödəniləcək.

Tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində uyğun olduğu vakasiyanın adını qeyd etməklə [email protected] mail ünvanına  göndərməklə  və ya BPG | Vacancy Apply | A bright future begins here (bpgconsulting.az) link vasitəsi qeydiyyatdan keçərək müraciət etmələri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər