13 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

Vergi şöbəsinin rəhbəri – Nardaran Invest

0
Vergi şöbəsinin rəhbəri – Nardaran Invest
Bakı
20.09.2021

“Nardaran İnvest” MMC Vergi şöbəsinin rəhbəri vakansiyasını elan edir!

Uğurlu namizədlərin əmək haqqı gözləntiləri nəzərdən keçiriləcək.

İşin təsviri:

– Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkilini həyata keçirmək və prosesə nəzarət etmək;
– Daxil olan və çıxan pul vəsaitinin uçotunun, mühasibat uçotu hesablarında onların hərəkətinin, istehsal dövriyyəsinin və xərclərinin, xərclər smetasının hazırlanmasının, məhsulun satışının, iş və xidmətlərin yerinə yetirilməsinin, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkilini həyata keçirmək və prosesə nəzarət etmək;
– Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
– Vergi, DSMF, Statistika hesabatlarını təqdim etmək;
– Vergi tutma məqsədləri üçün gəlir və xərclərin uçotunu aparılmasına nəzarət etmək;
– Vergi orqanları ilə görüşlərdə iştirak etmək və yazışmalar həyata keçirmək;
– Debitor və kreditorlarla hesablaşmalara nəzarət etmək;
– Kreditor və debitor borclarının uçotunun, xərclərin, əsas vəsaitlərin, maliyyət mühasibəsinin, anbar mühasibəsinin və digər baş kitab əməliyyatlarının tam və dəqiq olmasını, müvafiq qanun və qaydalara, eləcədə beynəlxalaq və daxili mühasibatlıq standartlarına uyğun olmasını təmin etmək və nəzarətdə saxlamaq;
– Vergi uçotu ilə bağlı fəaliyyətlərin, vergi məqsədli maliyyə hesabatlarının hazırlanıb təqdim edilməsini təmin etmək və nəzarətdə saxlamaq;
– Mühasibatlığa aid olan qanunvericilikdə dəyişiklikləri izləmək, onlara uyğun Şirkətin mühasibatlıq siyasətlərnin və qaydalarını yeniləşdirmək, tətbirlər planını hazırlayıb Maliyyə Direktoruna təqdim etmək;
– Vergi qanunvericiliyində olan dəyişiklikləri izləmək, vergi planlarını həyata keçirmək;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

– Təhsil: Maliyyə sahəsi üzrə ali ixtisas təhsili;
– Təcrübə: Qeyd olunan vəzifə üzrə 3 ildən az olmayaraq iş təcrübəsi;
– Kompüter biliyi: Microsoft Ofis (Excel proqramı peşəkar səviyyədə) proqramlarında sərbəst işləmə bacarığ;;
– IFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər arzuolunandır;
– Mövcud qanunvericiliyi yüksək səviyyədə bilməlidir;
– Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
– Dil biliyi: Azərbaycan (Rus və İngilis dil bilikləri arzu olunandır)

Əlavə məlumatlar:

İş yeri: Nardaran qəsəbəsi, Dəmiryolçular küç. Sea Breeze Resort.

Nahar, mobil danışıqlar və Koroğlu metrostansiyasından nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər [email protected] e-mail ünvanına CV formalarını göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər
X