10 C
Baku
Thursday, December 12, 2024

Vergi uçotu üzrə mühasib – Facet

0
Vergi uçotu üzrə mühasib – Facet
Bakı
15.02.2022

İş yeri: Bakı şəhəri,Həsən Bəy Zərdabi 78
İş təcrübəsi: 1-3 il (Vergi uçotu üzrə 1 il)
Təhsil: Ali təhsil (İqtisadiyyat,Maliyyə,Mühasibatlıq yönümlü)
Yaş həddi: 22-35

İşin Təsviri: Vergi hesabatlarının tərtib edilməsi.

Vəzifə öhdəlikləri:

  • Şəxsi hesab vərəqələrinin gündəlik təqib edilməsi;
  • Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunması;
  • Vergi və digər Dövlət qurumları ilə yazışmalar və müzakirələr aparmaq;
  • Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsini təmin etmək;
  • Vergi planlaması və vergi risklərin azaldılmasına dair işlər aparmaq;
  • Daxili müştərək şirkətlərdən və kənar kontragentlərdən üzləşmə hərəkətlərinin alınması, yoxlanması, üzləşdirilməsi və aktlaşdırılıb təsdiqlənməsini həyata keçirmək;
  • Aylıq hazırlanmalı olan ƏDV hesabatına məlumatların yığılması, sistemə işlənməsi və paketlənib vergi orqanına göndərilməsini təmin etmək;
  • Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etmək və uçotun Şirkətin vergi siyasətinə uyğunluğunu təmin etmək;
  • Debitor və kreditorlarla qarşılıqlı üzləşmələrin aparılması;
  • Müqavilələrdə ödəniş şərtlərinin yoxlanılması, bank ödənişlərinin həyata keçirilməsi.
  • Bank ödənişlərinin icra edilməsi və bank hesabatlılığı,
  • Bank Əməliyyatlarının Logo(Tiger) əks etdirilməsi.

Tələblər:

  • Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
  • ACCA, CIMA və IFRS üzrə biliklərin olması arzu olunandır;
  • Logo (Tiger) proqram biliyinin olması arzu olunandır.
  • [E-gov.az](http://e-gov.az/),[e-taxes.gov.az](http://e-taxes.gov.az/),[stat.gov.az](http://stat.gov.az/) dövlət platformalarında işləmək bacarığı
  • Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
  • Komanda ilə işləmə bacarığının olması;
  • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;

Əmək haqqı:  Müsahibə əsasında təyin olunur.

Təminatlar: Nahar ilə təmin edilmə;

İş qrafiki: 6 günlük

Müraciət qaydaları: CV-nizi [email protected][email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Mühasib -Vergi uçotu üzrə” yazıb göndərməklə müraciət edilir.

E-mail:

İşin aid olduğu sahə

KateqoriyaMühasib