12 C
Baku
Wednesday, December 11, 2024

Vergi üzrə Auditor-Təftiş – Yarat Construction MTK

0
Vergi üzrə Auditor-Təftiş – Yarat Construction MTK
Bakı
31.01.2022

Vəzifə öhdəlikləri:

  • Xərclərin biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi
  • Şirkətlərin maliyyə departamentləri tərəfindən hazırlanan aylıq, rüblük və illik hesabatların daimi auditinin aparılması, menecment üçün hesabatların etibarlılığına dair rəylərin hazırlanması
  • Şirkət büdcələrinin təhlil olunması və xərclərin büdcələrə uyğunluğunun monitorinqi
  • Risk və kontrolların müəyyən edilməsi, dəyərləndirilməsi və sənədləşdirilməsi
  • Nəğd vəsaitlərin hərəkətinə dinamik nəzarət olunması
  • İlkin sənədləşmədən son hesabatlara kimi bütün muhasibat yazılışlarının araşdırılması və səmərəli hesabatlıq sisteminin təsis olunması
  • Audit nəticələrinə dair hesabatların dövri olaraq təqdim olunması
  • Şirkətin maliyyə hesabatınız dəqiqliyini, etibarlığını, mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqinin nəzarətdə saxlanması
  • Nöqsanların aradan qaldırılması üçün tədbirlərin görülməsi, nöqsanların buraxılmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi barədə səmərəli təkliflərin verilməsi
  • Yoxlanışlar zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair qərarların həyata keçirilməsi barədə rəhbərliyə mütəmadi məlumat verilməsi

Vakant vəzifə üzrə tələblər:

  • İstehsal ve tikinti sahəsində işləyənlərə üstünlük verilir
  • Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları;
  • Gərgin situasiyalarda  emosiyaların idarə etmə bacarıqları;
  • Yaş həddi  30-40
  • İqtisadiyyat, Maliyyə vəya Biznesin İdarə olunması sahəsində ali təhsil
  • ACA, ACCA, CİSA vəya bənzəri istiqamətlər üzrə təhsil
  • İFRS-i yaxşı bilmək
  • Maliyyə vəya mühasibatlıq sahəsində 3-4 il iş təcrübəsi
  • Statistik modelləmə və hesabatların hazırlanmasında quantitativ metodları tətbiq etmə bacarığı

İş rejimi: 6 gün saat 09:00-18:00 (6-cı gün saat 09:00-13:00)
İş yeri – Sumqayıt

Zəhmət olmasa CV-nizi mövzu hissəsində qeyd olunan vakansiyanın adını qeyd etməklə e-mail ünvanına göndərəsiniz.

Yalnız qeyd bölməsinə vakansiya elanın vəzifə adını yazmış və tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-mail: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaAuditor