18 C
Baku
Sunday, September 8, 2024

Vergilər üzrə Aparıcı Mühasib – Azerconnect

0
Vergilər üzrə Aparıcı Mühasib – Azerconnect
13.09.2023

Vakansiyanın təsviri

  • ƏDV hesabatının tərtib edilməsi üçün ƏDV QH-ı hesablamaq
  • Ödəmə mənbəyində vergi bəyannaməsinin hazırlanıb təqdim olunması üçün ÖMV-ni hesablamaq
  • Xarici və daxili təchizatçılara ödənişlərin həyata keçirilməsi üçün mühasibatlıq proqramında yaradılmış hesab fakturalarda vergiləndirmənin düzgün tətbiq edilib-edilməməsinə nəzarət etmək
  • Şəxsi vərəqənin mühasibat proqramındakı hesablar ilə uyğunluğununu izləmək (ƏDV, ÖMV, Mənfəət vergisi, Əmlak vergisi vs.)
  • Müqavilələrdə qeyd olunmuş vergi əməliyyatları ilə bağlı bəndlərin,  vergi və ödəniş şərtlərinin vergi qanunvericiliyinin tələblərinə uyğunluğununu  yoxlamaq və təsdiq etmək
  • Mənfəət vergisi hesabatının yarım illik və illik hesabatının Reporting şöbəsinə və vergi idarəsinə təqdim edilməsi üçün xərclərin və gəlirlərin incələnməsi və maliyyə nəticəsinin bəyannamədə əks etdirilməsi
  • Əmlak vergisi və sair vergilərin hesabatlarının təqdim edilməsi üçün məlumatların analizi, işlənib hazırlanması və bəyannamədə əks etdirilməsi
  • Aylıq, rüblük və illik statistika hesabatlarını hazırlamaq
  • Vergi Məcəlləsinə edilmiş yeniliklər və düzəlişlər üzrə müəssisənin vergi prosedur və siyasətində müəssisədə tətbiq ediləcək vergi növləri üzrə dəyişikliklərin yeni redaksiyada verilməsi

Xüsusi tələblər

  • Maliyyə və mühasibat uçotu ilə bağlı ali təhsil
  • Mühasibatlıq və vergi sahəsində 3 ildən artıq iş təcrübəsi
  • Vergi Qanunvericiliyi və digər qanunvericilik aktlarını, vergitutma və vergi nəzarəti məsələləri ilə bağlı müddəaları bilmək
  • Mühasibatlığı yaxşı bilmək
  • Analitik düşünmək bacarığı
  • Detallara diqqət yetirmə qabiliyyəti
  • Azərbaycan (səlis), İngilis (yaxşı) dillərini bilmək
  • MS Office Proqramlarını bilmək

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər, Mühasib