13 C
Baku
Çərşənbə, Dekabr 1, 2021

Verilənlərin İdarə edilməsi şöbəsinin Müdiri/ Head of Data Governance Devision – Unibank

0
Verilənlərin İdarə edilməsi şöbəsinin Müdiri/ Head of Data Governance Devision – Unibank
Bakı
28.10.2021

Öhdəliklər
  • Bankın verilənlərin idarəolunması programını tərtib etmək və icra etmək
  • Verilənlərin idarəolunası programı çərçivəsində verilənlərin keyfiyyət standartlarını təyin etmək və onların icrası üçün proses, prosedurlar və metriklər tərtib etmək
  • Həssas verilənlərin əldə oluması üçün istifadəçi rolların tərtibatı və data klasifikasiyanın aparılması
  • Biznes strukturlar üçün təyin olunmuş data sahibləri (data owner) ilə sıx əlaqədə olmaq və onların strukturu daxilində yaradılan, transformasiya edilən və silinən verilənlərin monitoringini aparmaq
  • Bank sistemlərinin yaratdığı və yenilədiyi verilənlər cədvəllərinin analizini aparmaq və uyğunsuzluqlar barədə xəbər vermək
  • Verilənlərin idarəolunması programı çərçivəsində təyin olunan problemləri kateqoriyalara bölmək və həll yollarını təklif etmək
  • Mütəmadi olaraq Bankın Verilənlərin İdarəolunması Komitəsinə məruzə etmək
  • Verilənlərin bankın stardartlarına uyğun olması üçün daxili və xarici sistemlərdə müdafiə prosedurların yazılması və monitoringi
  • Verilənlərin idarəolunması programı çərçivəsində biznes və İT üçün treyniqlərin aparılması
  • Verilənlərin sahibləri və İT ilə işləyərək verilənlərin bütövlüyü və keyfiyyət boşluqlarının həll yollarını tapmaq
  • Bank daxilində tərtib olunan programlarda verilənlərin yığılması, yazılması, transformasiya edilməsi və silinməsi prosesləri tərtib etmək və onlara nəzarət etmək
  • Verilənlərin texniki və biznes lüğətin yaradılması, izlənilməsi və təkmilləşdirilməsi
  • Verilənlər üzrə prosesləri və hesabat dəyişiklikləri üçün sənədləşdirmə aparmaq
  • Verilənlərin idarəolunması şöbəsinə rəhbərlik etmək və illik yol xəritəsini tərtib edib, icra etmək

Tələblər

  • BI Mühəndisi, Hesabat Mütəxəssisi, Məlumat Təhlilçisi və ya İT Auditoru kimi ən azı 5 illik təcrübə
  • Kompüter Elmləri, Mühəndislik və ya müvafiq sahələrdə bakalavr dərəcəsi
  • Maliyyə sənayesi təcrübəsinə üstünlük verilir
  • Komandanı idarəetmə qabiliyyəti
  • SQL dilini əla bilmək
  • Həll yönümlü, kritikal düşünən biri olmaq
  • Verilənlərin idarə olunması və keyfiyyəti ilə bağlı texniki bilik və təcrübəyə malik olmaq
  • Verilənlərlə bağlı biznes tələblərini başa düşmək və onlara uyğun icra planı tərtib etmək
  • Müstəqil işləmək və minimal nəzarətlə nəticələr əldə etmək
  • Biznes və sənaye trendlərinə çatmaq üçün daima öyrənməyə davam etmək
  • Vacib verilənləri effektiv şəkildə idarə etmək və onları qorumaq
  • Bank sistemləri hərtərəfli başa düşmək
  • İngilis və Azərbaycan dilini əla bilmək, rus dilini bilmək arzu olunandır

Göstərilən tələblərə uyğun namizədlər  linkə keçid edərək vakansiyaya müraciət edə bilər.

https://glorri.com/az/unibank/615e9a192929d8241ae1089c-Veril%C9%99nl%C9%99rin%20%C4%B0dar%C9%99%20edilm%C9%99si%20%C5%9F%C3%B6b%C9%99sinin%20M%C3%BCdiri%2B%20Head%20of%20Data%20Governance%20Unit/apply

Son müraciət tarixi: 20.11.2021

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi
X