“Bank Respublika” ASC İnformasiya Texnologiyalarına Dəstək Departamentində “Verilənlər Bazasının Administrasiyası Şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis (DBA)” vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
- Yeni proqramların yaradılması.
Namizədə qarşı tələblər:
- Ali təhsil (aidiyyatı sahə üzrə);
- VB (Oracle/Postgres) administrasiyası üzrə minimum 2 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dilİ (əla);
- TWCMS (Compass) sistem biliyi arzuolunandır;
- PL/SQL və PL/pgSQL vasitəsi ilə SQL-sorğuların yazılması, prosedur və paketlərin yaradılması bacarığı;
- PostgreSQL məlumat bazalarının inkişafı və dəstəklənməsi;
- Bütün məlumat bazalarının 24/7 rejimində işləkliyini təmin etmək;
- Daxili serverlər üçün məlumat bazalarını təmin etmək;
- Proseslərin avtomatlaşdırılması üçün SQL-sorğuların yazılması;
- Verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
- Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 avqust 2021-ci il tarixinədək email-in mövzu hissəsində Verilənlər Bazasının Administrasiyası Şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis (DBA) qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |