Bakı
28.10.2021
Öhdəliklər
- Bankın verilənlərin idarəolunması programını tərtib etmək və icra etmək
- Verilənlərin idarəolunası programı çərçivəsində verilənlərin keyfiyyət standartlarını təyin etmək və onların icrası üçün proses, prosedurlar və metriklər tərtib etmək
- Həssas verilənlərin əldə oluması üçün istifadəçi rolların tərtibatı və data klasifikasiyanın aparılması
- Biznes strukturlar üçün təyin olunmuş data sahibləri (data owner) ilə sıx əlaqədə olmaq və onların strukturu daxilində yaradılan, transformasiya edilən və silinən verilənlərin monitoringini aparmaq
- Bank sistemlərinin yaratdığı və yenilədiyi verilənlər cədvəllərinin analizini aparmaq və uyğunsuzluqlar barədə xəbər vermək
- Verilənlərin idarəolunması programı çərçivəsində təyin olunan problemləri kateqoriyalara bölmək və həll yollarını təklif etmək
- Mütəmadi olaraq Bankın Verilənlərin İdarəolunması Komitəsinə məruzə etmək
- Verilənlərin bankın stardartlarına uyğun olması üçün daxili və xarici sistemlərdə müdafiə prosedurların yazılması və monitoringi
- Verilənlərin idarəolunması programı çərçivəsində biznes və İT üçün treyniqlərin aparılması
- Verilənlərin sahibləri və İT ilə işləyərək verilənlərin bütövlüyü və keyfiyyət boşluqlarının həll yollarını tapmaq
- Bank daxilində tərtib olunan programlarda verilənlərin yığılması, yazılması, transformasiya edilməsi və silinməsi prosesləri tərtib etmək və onlara nəzarət etmək
- Verilənlərin texniki və biznes lüğətin yaradılması, izlənilməsi və təkmilləşdirilməsi
- Verilənlər üzrə prosesləri və hesabat dəyişiklikləri üçün sənədləşdirmə aparmaq
- Verilənlərin idarəolunması şöbəsinə rəhbərlik etmək və illik yol xəritəsini tərtib edib, icra etmək
Tələblər
- BI Mühəndisi, Hesabat Mütəxəssisi, Məlumat Təhlilçisi və ya İT Auditoru kimi ən azı 5 illik təcrübə
- Kompüter Elmləri, Mühəndislik və ya müvafiq sahələrdə bakalavr dərəcəsi
- Maliyyə sənayesi təcrübəsinə üstünlük verilir
- Komandanı idarəetmə qabiliyyəti
- SQL dilini əla bilmək
- Həll yönümlü, kritikal düşünən biri olmaq
- Verilənlərin idarə olunması və keyfiyyəti ilə bağlı texniki bilik və təcrübəyə malik olmaq
- Verilənlərlə bağlı biznes tələblərini başa düşmək və onlara uyğun icra planı tərtib etmək
- Müstəqil işləmək və minimal nəzarətlə nəticələr əldə etmək
- Biznes və sənaye trendlərinə çatmaq üçün daima öyrənməyə davam etmək
- Vacib verilənləri effektiv şəkildə idarə etmək və onları qorumaq
- Bank sistemləri hərtərəfli başa düşmək
- İngilis və Azərbaycan dilini əla bilmək, rus dilini bilmək arzu olunandır
Göstərilən tələblərə uyğun namizədlər linkə keçid edərək vakansiyaya müraciət edə bilər.
Son müraciət tarixi: 20.11.2021
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |