13 C
Baku
Tuesday, October 1, 2024

Vizual proqramçı – PASHA Life

0
Vizual proqramçı – PASHA Life
Bakı
17.02.2022

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00

Son müraciət tarixi: 02 mart 2022

Vəzifə Öhdəlikləri:

  • Şirkətin, onun filial və nümayəndəliklərinin işinin avtomatlaşdırılması üçün idarəetmə sistemlərinin yaradılması istiqamətində proqram təminatını, onun tətbiqi üçün verilən tapşırıqları analiz etmək;
  • Proqram təminatı bölməsi üzrə təhkim edilmiş Komanda ilə birlikdə işləmək;
  1. Proqram kodlarının hazırlanması ( Front End )
  2. Unit Test Modulların hazırlanması, (Mobile, Dektob, Planşet və s)
  3. Texniki Test mərhələlərinin aparılması ( Browserlər üzrə)
  4. Proqram təminatının hazırlanması üçün tapşırıqları izləmək,
  5. Gündəlik Komanda görüşlərində iştirak etmək, təlimatlar üzrə nəzərdə tutulan işlərin həyata keçirmək və nəzarət etmək
  6. Biznesə dəstək məqsədi ilə məhsullar üzrə verilmiş texniki tapşırıqların analiz olunması və öncədən görülə biləcək problemləri
  • Şirkətin, PO və Birbaşa rəhbərlərin sifarişlərini vaxtında və lazımi səviyyədə icra etmək;
  • Biznesə dəstək məqsədi ilə məhsullar üzrə verilmiş texniki tapşırıqların analiz olunması və avtomatlaşdırılmasını idarə etmək;
  •  Hazırlanmış WebServislərin inteqrasiyalarının aparılmasını təmin etmək
  • Yeni yazılmış prosedur və funksiyaları test etmək;
  • Vizual Proqramçı olaraq şirkətin İT strategiyasına və tələblərinə uyğun proqram təminatlarından istifadə etmək və standartlar daxilində FrontEnd proqramlaşdırma üzrə taskların yerinə yetirilməsini təmin etmək

Namizədə olan tələblər:

  • İş təcrübəsi: İnformasiya texnologiyaları üzrə 1 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi.
  • Dil bilikləri: Azərbaycan dili: əla, Rus dili: orta, İngilis dili: orta
  • Üstünlüklər: React JS və React Native bilikləri olanlara üstünlük veriləcəkdir
  • Kompüter bilikləri: Jquery: əla , Javascript: əla , HTML: əla , CSS: əla , React JS: əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, dəyişikliklərə uyğunlaşma

İmtiyazlar:

  • Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Vakansiya üçün müraciət qaydası: Namizədlər keçiddən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət linki

İşin aid olduğu sahə

KateqoriyaİT, Sığorta