8 C
Baku
Thursday, December 12, 2024

Web developer – Bank Respublika ASC

0
Web developer – Bank Respublika ASC
25.06.2019

Bank Respublika ASC İnformasiya Texnologiyalarının İnkişafı Departamentinə “Web developer” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Texniki tapşırıq və ya bankın biznes proseslərinin təhlili əsasında proqram təminatlarının hazırlanması, onların testdən keçirilməsi, düzəlişlərin edilməsi;
• İşlənib hazırlanmış proqramlara Bank işinin analizi əsasında düzəlişlərin edilməsi;
• Proqramlarla iş üzrə istifadə qaydalarının hazırlanması, zəruri texniki sənədləşmənin aparılması;
• Tətbiq edilmiş proqram və proqram vasitələrinin müşayiətinin aparılması;
• Hazır proqram komponentlərinin unifikasiya və optimizasiyası üzrə işlərin aparılması.

Namizədə qarşı tələblər:

• Ali təhsil (aidiyyatı sahə üzrə);
• PHP bilikləri yüksək səviyyədə;
• SQL, JavaScript, HTML, CSS üzrə biliklər orta səviyyədə;
• Aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi;
• Texniki-riyazi düşünmə bacarığı;
• Yeni texnologiyalara yiyələnmək həvəsi;
• Məsuliyyətlilik, dəqiqlik, operativlik; 
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 07 iyul 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Web developer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaİT