15 C
Baku
Wednesday, April 24, 2024

Xərclər üzrə Mühasib – Papa John’s

0
Xərclər üzrə Mühasib – Papa John’s
Bakı
01.10.2020

Papa John’s Azərbaycan, tanınmış Amerika brendi olan, “Ən yaxşı inqrediyentlərdən istifadə edərək “Ən yaxşı pizza” şüarı ilə addımlayan, pizza restoranlar şəbəkələsi Baş Ofis üçün “Xərclər üzrə Mühasib” vakansiyasını elan edir:

Tələblər:

– Qeyd edilən sahədə iş təcrübəsi minimum 1 il
– Ali təhsil
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti
– Microsoft Office və 1C proqramlarında sərbəst işləmə bacarığı
– e-taxes.gov.az və digər aidiyyətı üzrə portallarda işləmə bacarığı
– Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirə bilməli
– Elektron qaimələr, bank köçürmələri və.s biliklər
– Azərbaycan və Rus dillərini səlis bilmək, İngilis dilini bilməsi arzuolunandır

Öhdəliklər

– Bank ödənişlərinin həyata keçirilməsi və mühasibatlıq sistemə daxil edilməsi.
– E-qaimələrin gündəlik nəzarəti və təsdiqi.
– Bank və ƏDV hesabları üzrə balanslara nəzarət.
– Müqavilə və ödəniş sənədlərinin düzgün qaydada yığılması.
– Müdriyyət tərəfindən müxtəlif maliyyə tapşırıqları.

İş Şərtləri

• Ə/H 600 AZN və namizədin təcrübəsinə əsasən dəyişiləcəkdir.
• 5 günlük iş həftəsi (saat 10:00-19:00)
• Rabitə xərclərinin şirkət tərəfindən ödənilir.
• İş yeri şəhərin mərkəzində yerləşir
• İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Xərclər üzrə Mühasib” mövzusu altında [email protected] elekton ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər, Mühasib