13 C
Baku
Bazar, Noyabr 28, 2021

Xəzinədar – Merkuri BOKT

0
Xəzinədar – Merkuri BOKT
14.10.2021

“Merkuri BOKT” QSC “Xəzinədar” vakansiyası elan edir.

 Vakansiya üçün tələblər:

Yaş həddi: 21-30 yaş

Cins: Qadın

  • Ali təhsil (iqtisadi təhsil arzu olunandır);
  • İş təcrübəsi: 1 ildən yuxarı (Xəzinədar vəzifəsi üzrə);
  • Azərbaycan və rus dillərində səlis danışıq bacarığı
  • Nəğd pulla intensiv işləmə bacarığı;
  • Gərgin iş qrafikində işləmək bacarığı;
  • Microsoft Office proqramlarını bilmək bacarığı;
  • Riyazi hesablama aparmaq və analitik düşünmə qabiliyyəti;
  • İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
  • İşdə dəqiqlik və detallara diqqətlilik.

Vəzifə öhdəlikləri:

  • Nağd pul və digər vəsaitlərin qəbulu, təslimi, saxlanması və qorunması üzrə əməliyyatların aparılması
  • Müştərilərə hesablaşma-kassa xidmətinin göstərilməsi.
  • Kassa dövriyyəsi haqqında hesabat hazırlanması.
  • Mədaxil və məxaric sənədləri əsasında kassa jurnalının aparılması
  • Nəğd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barəsində müəyyən olunmuş formalarda hesabatları təqdim edilməsi.
  • Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması.

Tələblərə cavab verən şəxslər CV-lərini (şəkilli cv mütləqdir)   [email protected]  ünvanına göndərə bilərlər.

Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi
X