Xəzinədar – “Kredit Evi” QSC
“Kredit Evi” QSC:
“Ağcabədi” filialı üçün “Xəzinədar” vakansiyası elan edir.
Tələblər:
- Ali və ya orta ixtisas təhsili;
- Səlis Azərbaycan dili;
- Yaş həddi: 21-35 yaş;
- Cinsi:Qadın;
- Xəzinədar vəzifəsində iş təcrübəsi arzuolunandır;
- Nağd pulla intensiv işləmə bacarığı;
- Microsoft Office proqramlarını bilmək və sürətli çap etmə bacarığı;
- Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
- İşdə dəqiqlik və detallara diqqətlilik;
- Müştərilərlə xoş ünsiyyət bacarığı
Vəzifə öhdəlikləri:
- Nağd pul və digər qiymətlilərin qəbulu, təslimi, saxlanması və qorunması üzrə əməliyyatların aparılması;
- Müştərilərə xəzinə xidməti göstərilməsi;
- Kassa dövriyyəsi haqqında hesabat hazırlanması;
- Mədaxil və məxaric sənədləri əsasında kassa jurnalının aparılması;
- Nağd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barəsində müəyyən olunmuş formalarda hesabatları təqdim edilməsi;
- Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması.
Bizim sizə təklifimiz:
- Müasir idarəetmə sistemi və mehriban kollektiv;
- Bacarıqlarınız nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Gələcək karyeranızın qurulması üçün geniş şərait;
Əgər təklifimiz sizə maraqlıdırsa şəkilli cvlərinizi (şəkilli cv mütləqdi) [email protected] elektron ünvanına göndərə bilərsiz.
E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Ağcabədi-Xəzinədar). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |