“Kredit Evi” QSC “Gəncə” filialı üçün “Xəzinədar” vakansiyası elan edir.
“Xəzinədar” üçün tələblər:
Yaş həddi: 21-30 yaş
Cins: Qadın
Ali təhsil (riyaziyyat, iqtisadiyyat. maliyyə və mühasibat arzu olunandır);
İş təcrübəsi: 1 ildən yuxarı (Xəzinədar vəzifəsi üzrə);
Azərbaycan və rus dillərində səlis danışıq bacarığı
Nəğd pulla intensiv işləmə bacarığı;
Gərgin iş qrafikində işləmək bacarığı;
Microsoft Office proqramlarını bilmək və sürətli çap etmə bacarığı;
Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
İşdə dəqiqlik və detallara diqqətlilik.
Müştərilərlə xoş ünsiyyət bacarığı
Vəzifə öhdəlikləri:
Nəğd pul və digər qiymətlilərin qəbulu, təslimi, saxlanması və qorunması üzrə əməliyyatların aparılması
Müştərilərə xəzinə xidməti göstərilməsi.
Kassa dövriyyəsi haqqında hesabat hazırlanması.
Mədaxil və məxaric sənədləri əsasında kassa jurnalının aparılması
Nəğd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barəsində müəyyən olunmuş formalarda hesabatları təqdim edilməsi.
Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması.
Tələblərə cavab verən şəxslər şəkilli CV-lərini (şəkilli cv mütləqdi) [email protected] ünvanına göndərə bilərlər.
Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Gəncə – Xəzinədar). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |