12 C
Baku
Monday, November 25, 2024

Xəzinədar ( Şəki filialına ) – Para BOKT

0
Xəzinədar ( Şəki filialına ) – Para BOKT
26.08.2019

Şəki filialına xəzinədar tələb olunur

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil (riyaziyyat, maliyyə və mühasibatlıq arzuolunandır);
• Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi;
• Riyazi hesablama aparmaq və analitik mühakimə etmək;
• MS Office (Word, Excel) proqramları üzrə biliklər;
• Gərgin iş qrafikində nağd pulla intensiv işləmək bacarığı;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.

İŞİN TƏSVİRİ:

• Mövcud qanunvericiliyə uyğun xəzinənin açılması və dəyərlilərin dövriyyə kassasına mədaxil edilməsi;
• Gün ərzində xəzinə üzrə mədaxil və məxaric, valyuta mübadilə əməliyyatlarının aparılması zamanı normativ aktlara, daxili qayda və prosedurlara riayət edilməsi;
• Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən, o cümlədən əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi;
• Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil və məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması;
• Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin sayılıb balans məlumatları ilə uzlaşdırılaraq dövriyyə xəzinəsindən saxlanc(fond) xəzinəsinə yerləşdirilməsi.

CV-ləri Şəki filialı üzrə xəzinədar mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi