Xəzinədarlıq Departamentinin Asistenti/ Mütəxəssisi
Vəzifə öhdəlikləri:
• Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə təhlilin aparılması;
• Bankın açıq valyuta mövqelərinin gündəlik idarə edilməsi və dilinq əməliyyatlarının aparılması;
• Xəzinədarlıq departamentinin apardığı əməliyyatların mövcud limitlər çərçivəsində olmasına nəzarət;
• Xəzinədarlıq departamentinin fəaliyyəti üzrə hesabatların və təqdimatların hazırlanmasına dəstək;
• Aktiv və Öhdəliklərin İdarə Olunması Komitəsinin iclaslarına hazırlığa dəstək.
Tələblər:
• Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
• Maliyyə, mühasibat uçotu və ümumi iqtisadiyyat üzrə ali təhsil;
• Azərbaycan, rus və ingilis dilləri biliyi;
• MS Office proqramlarının, xüsusilə MS Excel və MS Power Point-ın yaxşı səviyyədə biliyi;
• Makroiqtisadi konseptlər və maliyyə bazarları barəsində anlayış;
• Təhlil bacarığı və detallara diqqətlilik.
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |