11 C
Baku
Monday, November 25, 2024

Xarici Ticarət və Beynəlxalq Əlaqələr Şöbəsinin kiçik mütəxəssisi – Azərbaycan Sənaye Bankı ASC

0
Xarici Ticarət və Beynəlxalq Əlaqələr Şöbəsinin kiçik mütəxəssisi – Azərbaycan Sənaye Bankı ASC
11.10.2019

Mərkəzi Əməliyyatlar Departamentinin Xarici Ticarət və Beynəlxalq Əlaqələr Şöbəsinin kiçik mütəxəssisi

Tələblər:

• Ali təhsil (Hüquqi, İqtisadi);
• İngilis və rus dili bilikləri (IELTS sertifikatı və digər dil biliklərinin olması üstünlük təşkil edir);
• Microsoft office bilikləri;
• Bank stajının olması üstünlük təşkil edir;
• Məntiqi və analitik düşünmə tərzi;
• Araşdırma və özünümaarifləndirmə bacarıqları;
• Sərbəst işləmək bacarığı;
• Komandada işləmək bacarığı;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
• Gərgin iş qrafikində müxtəlif çox saylı tapşırıqları sistematikləşdirib icra etmək bacarığı.

İş haqqında məlumat:

• İdxal və ixrac akkreditiv və qarantiya əməliyyatları üzrə işin mərkəzləşdirilmiş qaydada icra və nəzarət etmək (açılma, ödəniş sənədlərin yoxlanılması, sənədləşmə, ödəniş, bağlanma, xidmət haqqıların tutulması);
• Mövcud və yeni rezident və qeyri-rezident banklarla, beynəlxalq maliyyə instituları ilə əməkdaşlıq üzrə əlaqə saxlamaq, xidmət və məhsullarından faydalanması üçün məlumat toplamaq və işləri aidiyyatına görə əlaqədar strukturlara ötürmək;
• Nostro müxbir hesablar üzrə tələb olunan sənədlərin təqdim olunmasını təmin etmək, bunun üçün sənədləri aidiyyatı struktur bölmələrindən yığmaq, müqavilə layihələrini analiz etmək;
• Loro müxbir hesabların açılması, aparılması və bağlanılması üzrə sənədləşməni toplamaq, yoxlamaq və digər işləri icra etmək.

Əlavə məlumat:

• Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] və ya [email protected] elektron ünvanına göndərə bilərlər.
• Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Beynəlxalq əlaqələr şöbəsinin kiçik mütəxəssisi” göstərməyiniz xahiş olunur;
• CV-lər 11.11.2019-cu il tarixədək qəbul olunacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi