20 C
Baku
Monday, October 2, 2023

Xidmət Əməliyyatları üzrə Mühəndis – AZINTELECOM

0
Xidmət Əməliyyatları üzrə Mühəndis – AZINTELECOM
Bakı
23.08.2023

Departament: İnformasiya Texnologiyaları/ Xidmət Əməliyyatları şöbəsi

İstiqamət: Şəbəkə və ya Sistem infrastrukturu

Vəzifə öhdəlikləri:

  • Şəbəkə Əməliyyatları Mərkəzi üzrə baş vermiş hadisələrin və qəza siqnallarının idarə edilməsi, müvafiq proses və əməliyyat tədbirləri vasitəsilə şəbəkələrin dayanıqlığının təmin edilməsi, o cümlədən qəza hallarının nəzarətə götürülməsi və həll edilməsi;
  • Şəbəkə və Server avadanlıqlarının monitorinqi;
  • Şəbəkə problemlərinin monitorinqi, problemlərin vaxtında aradan qaldırılması və həll edilməsi üçün müştəridən insident haqda ətraflı texniki məlumatları toplamaq;
  • Effektiv TCP/IP şəbəkə bacarıqlarından istifadə edərək ümumi şəbəkə problemlərini təcrid etmək və diaqnoz qoymaq üçün şəbəkə nasazlıqlarının aşkarlanması və aradan qaldırılması;
  • Şəbəkə və Virtual maşınlar üzrə baş vermiş hadisələri təhlil edərək təsir səviyyəsinin müəyyən edilməsi,  müəyyən edilmiş qəza prioriteti əsasında dəstək sənədləşməsinin (trouble ticket) aparılması və problemin təhlili üçün icraçıya yönləndirilməsi;
  • Şəbəkədə və Server avadınlıqlarda baş verən alarm, nasazlıqları Layer1 səviyyəsində araşdırmaq;
  • L1-L2 səviyyəsində sonlana biləcək sorğuların mövcud topologiya və sistemə uyğun həllinin müştəriyə təqdim olunması;
  • L2 və daha yüksək “layer”lərdə sonlanacaq sorğuların operativ şəkildə və dəqiq təhlil edilərək ötürülməsi (escalte olunması);
  • L2 mühəndisləri ilə sorğu üzərindən interaktiv iş prosesinə bələd olmaq və onların gözləntilərini üstələmək;
  • Müştərilər ilə L2 mühəndislər arasında düzgün kommunikasiya quraraq sorğuların düzgün təhlil edə bilmək;
  • Müştərilərə Bulud xidmətləri üzrə ilkin texniki dəstək;
  • Telefon və digər elektron vasitələrlə qəbul edilmiş idarə edilən xidmətlərlə bağlı texniki yardım barədə sorğuların cavablandırılması;
  • Müştərilərdən daxil olan sorğuları qəbul etmək və müəyyən edilmiş SLA-lara uyğun olaraq ticket sistemində hadisələr və sorğular üçün bütün fəaliyyəti qəbul etmək zərurəti yarandıqda L2 səviyəli mühəndislərə həlli üçün yönəltmək;
  • Növbə üzrə texniki operatorların iş prosesinə lazımi qaydada nəzarət etmək;
  • İnteraktiv ünsiyyət, komanda şəklində çalışmaq qabiliyyəti və sənədlərin idarəolunması prosesləri vasitəsi ilə iş prosesinin təşkili.

Tələb olunun biliklər:

  • Ali təhsil (Sahə üzrə ali təhsilin olması arzuolunandır)
  • Data Mərkəzi obyektləri əsas şəbəkələr, transmissiya, server, hesablama və saxlama sistemləri haqqında texniki biliyə malik olmaq;
  • Şəbəkə texnologiyaları haqqında anlayış və şəbəkə protokolları ilə işləmə təcrübəsi;
  • vCenter / vSphere / Backup həlləri haqqında məlumatlılıq;
  • Kompüter, hardware avadanlıqlarının  işləmə mexanizmini yüksək səviyyədə bilmə və problem yaşandığı anda effektiv, səmərəli şəkildə nasazlıqları aradan qaldırmaq bacarığı;
  • Bulud texnologiyaları və bulud həlləri haqqında məlumatlılıq;
  • Şirkətdaxili prosesləri oxumaq, izləmək və öz təkliflərini ifadə etmək bacarığı;
  • Cisco , Palo Alto , VMWare sertifikatların hər hansı biri və ya ekvivalent biliyin olması arzu olunandır;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları sayəsində müştəriyönümlü xidmət;
  • Müvafiq sahə üzrə 3 il və daha çox iş təcrübəsi
  • Dil bilikləri:  Azərbaycan dili; rus və ya ingilis dilləri (yaxşı səviyyədə)
  • İş rejimi: Növbəli 24/7

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək e-mail ünvanına göndərə bilərlər. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaİT
X