Bakı
23.08.2023
Departament: İnformasiya Texnologiyaları/ Xidmət Əməliyyatları şöbəsi
İstiqamət: Şəbəkə və ya Sistem infrastrukturu
Vəzifə öhdəlikləri:
- Şəbəkə Əməliyyatları Mərkəzi üzrə baş vermiş hadisələrin və qəza siqnallarının idarə edilməsi, müvafiq proses və əməliyyat tədbirləri vasitəsilə şəbəkələrin dayanıqlığının təmin edilməsi, o cümlədən qəza hallarının nəzarətə götürülməsi və həll edilməsi;
- Şəbəkə və Server avadanlıqlarının monitorinqi;
- Şəbəkə problemlərinin monitorinqi, problemlərin vaxtında aradan qaldırılması və həll edilməsi üçün müştəridən insident haqda ətraflı texniki məlumatları toplamaq;
- Effektiv TCP/IP şəbəkə bacarıqlarından istifadə edərək ümumi şəbəkə problemlərini təcrid etmək və diaqnoz qoymaq üçün şəbəkə nasazlıqlarının aşkarlanması və aradan qaldırılması;
- Şəbəkə və Virtual maşınlar üzrə baş vermiş hadisələri təhlil edərək təsir səviyyəsinin müəyyən edilməsi, müəyyən edilmiş qəza prioriteti əsasında dəstək sənədləşməsinin (trouble ticket) aparılması və problemin təhlili üçün icraçıya yönləndirilməsi;
- Şəbəkədə və Server avadınlıqlarda baş verən alarm, nasazlıqları Layer1 səviyyəsində araşdırmaq;
- L1-L2 səviyyəsində sonlana biləcək sorğuların mövcud topologiya və sistemə uyğun həllinin müştəriyə təqdim olunması;
- L2 və daha yüksək “layer”lərdə sonlanacaq sorğuların operativ şəkildə və dəqiq təhlil edilərək ötürülməsi (escalte olunması);
- L2 mühəndisləri ilə sorğu üzərindən interaktiv iş prosesinə bələd olmaq və onların gözləntilərini üstələmək;
- Müştərilər ilə L2 mühəndislər arasında düzgün kommunikasiya quraraq sorğuların düzgün təhlil edə bilmək;
- Müştərilərə Bulud xidmətləri üzrə ilkin texniki dəstək;
- Telefon və digər elektron vasitələrlə qəbul edilmiş idarə edilən xidmətlərlə bağlı texniki yardım barədə sorğuların cavablandırılması;
- Müştərilərdən daxil olan sorğuları qəbul etmək və müəyyən edilmiş SLA-lara uyğun olaraq ticket sistemində hadisələr və sorğular üçün bütün fəaliyyəti qəbul etmək zərurəti yarandıqda L2 səviyəli mühəndislərə həlli üçün yönəltmək;
- Növbə üzrə texniki operatorların iş prosesinə lazımi qaydada nəzarət etmək;
- İnteraktiv ünsiyyət, komanda şəklində çalışmaq qabiliyyəti və sənədlərin idarəolunması prosesləri vasitəsi ilə iş prosesinin təşkili.
Tələb olunun biliklər:
- Ali təhsil (Sahə üzrə ali təhsilin olması arzuolunandır)
- Data Mərkəzi obyektləri əsas şəbəkələr, transmissiya, server, hesablama və saxlama sistemləri haqqında texniki biliyə malik olmaq;
- Şəbəkə texnologiyaları haqqında anlayış və şəbəkə protokolları ilə işləmə təcrübəsi;
- vCenter / vSphere / Backup həlləri haqqında məlumatlılıq;
- Kompüter, hardware avadanlıqlarının işləmə mexanizmini yüksək səviyyədə bilmə və problem yaşandığı anda effektiv, səmərəli şəkildə nasazlıqları aradan qaldırmaq bacarığı;
- Bulud texnologiyaları və bulud həlləri haqqında məlumatlılıq;
- Şirkətdaxili prosesləri oxumaq, izləmək və öz təkliflərini ifadə etmək bacarığı;
- Cisco , Palo Alto , VMWare sertifikatların hər hansı biri və ya ekvivalent biliyin olması arzu olunandır;
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları sayəsində müştəriyönümlü xidmət;
- Müvafiq sahə üzrə 3 il və daha çox iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili; rus və ya ingilis dilləri (yaxşı səviyyədə)
- İş rejimi: Növbəli 24/7
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək e-mail ünvanına göndərə bilərlər. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | İT |