9 C
Baku
Thursday, December 12, 2024

Xidmət inkişafı və innovasiyalar şöbəsinin baş mütəxəssisi – Dövlət Məşğulluq Agentliyi

0
Xidmət inkişafı və innovasiyalar şöbəsinin baş mütəxəssisi – Dövlət Məşğulluq Agentliyi
Bakı
31.01.2023

Vakansiyanın təsviri

  • Beynəlxalq təcrübəyə və yerli ehtiyaclara əsasən peşəyönümü məsləhət xidməti və karyera planması sahələrində yeni xidmətlərin (layihə, tədbir, təlim və yanaşmaların) araşdırılması, hazırlanması və təqdim edilməsi, həmçinin yeni xidmətlərin araşdırılması, hazırlanması ilə əlaqədar lazımi rəy və təkliflərin verilməsi;
  • Peşəyönümü məsləhət xidməti və karyera planlaması üzrə müasir məlumatları özündə əks etdirən yeni alət və vəsaitlərin hazırlanması, həmçinin beynəlxalq səviyyədə tanınan alətlərin adaptasiyası;
  • Agentliyin strukturuna daxil olan yerli və tabeli qurumlarda fəaliyyət göstərən işçilərin karyera planlaması, məsləhət xidmətinin təşkili və həyata keçirilməsi ilə bağlı tələb edilən bilik, bacarıq və səriştələrə malik olub-olmadığını müəyyənləşdirmək üçün  müşahidə və qiymətləndirilmə işinin təşkili və həyata keçirilməsi;
  • Əmək bazarındakı dəyişikliklər, yeni trendlər və ümumilikdə peşə və ixtisaslarla bağlı ümumi maarifləndirmə işini gücləndirmək məqsədilə valideynlər, abituriyentlər, tələbələr, sosial həssas qruplar, işaxtaran və işsiz şəxslər üçün kütləvi infosessiyaların və seminarların təşkili və keçirilməsi məqsədilə müvafiq mövzuların müəyyən edilməsi və mövzulara uyğun olaraq proqramların hazırlanması;
  • Hər ilin yekun monitorinq nəticələrinə və Agentliyin yerli qurumlarının hesabat məlumatlarına əsasən, fəaliyyət istiqaməti üzrə təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, onların nəticələrinə əsasən Agentliyə rəy və təkliflər vermək.

Xüsusi tələblər

  • Təhsil tələbi: Ali (Təhsil, İqtisadiyyat, Psixologiya və ya oxşar sahələr);
  • İş stajı: qeyd olunan istiqamətlər üzrə minimum 1 (bir) il iş təcrübəsi olan əməkdaşlara üstünlük verilir;
  • Dil bilikləri: dövlət dili (sərbəst), rus və ingilis dili (hər hansı biri şərtdir);
  • Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə).
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları