7 C
Baku
Thursday, December 12, 2024

Xüsusi həllər üzrə mütəxəssis – Aztelekom

0
Xüsusi həllər üzrə mütəxəssis – Aztelekom
21.01.2020

“Aztelekom” MMC hazırda Xüsusi həllər üzrə mütəxəssis vəzifəsi üzrə işçi qəbulu elan edir.

Struktur Bölmə: Genişzolaqlı xidmətlər departamenti;
Şöbə: İnternet xidmətləri;
Sektor: Xüsusi həllər.

İşin qısa təsviri: Korporativ müştərilərdən və fiziki şəxslərdən daxil olan sorğuların icra olunması.

Əsas vəzifə və öhdəlikləri:

1. Şəbəkədəki texnoloji proseslərdə iştirak edir;
2. Statistik məlumatrın analizlərini aparır və nəticəsinə uyğun tədbir görür;
3. Genişzolaqlı şəbəkə avadanlıqların monitorinqin aparılmasını təmin edir;
4. Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

Tələb olunan ixtisaslaşma, bilik, təcrübə və bacarıqlar:

1. Ali Təhsili;
2. Rabitə və İnformasiya Texnologiyaları sahasində ən azı 3 il təcrubəsi olmalıdır;
3. Xüsusi Həllər sahəsi üzrə azı 1 il əmək stajına malik olmalıdır;
4. Azərbaycan dilini mükəmməl bilməlidır, ingilis və rus dillərini arzuolunandı;
5. “Xüsusi Xidmətlərin sahasinə aid olan sənədlərin tərtib etmə bacarığı olmalıdır;
6. Kompüter bilikləri: Word, Excel, PowerPoint proqramlarını bilməlidir;
7. İşgüzar yazışma əsaslarını bilməlidir;
8. Peşəkar ünsiyyət bacarıqlarına malik olmalıdır.

Şəxsi keyfiyyətlər:

• Fikrini izah etmək qabliyyəti;
• Ezamiyyə imkanları;
• Ünsiyyət qurmaq bacarığı;
• Komanda işləmək bacarığı;
• İşə planlı yanaşması;
• Öz üzərində daima çalışmaq.

İŞ ŞƏRAİTİ

• Əmək müqaviləsi;
• Rəqabətli əmək haqqı;
• Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
• Qeyri iş günləri: qanunvericiliyin tələblərinə əsasən;
• İş qrafiki: 5 gün (şənbə – bazar istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
• İş yeri: Bakı şəhəri;
• Peşəkar həmfikirlər komandası;
• Peşəkar inkişaf və karyera imkanları;

Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Xüsusi həllər üzrə mütəxəssis) qeyd etməklə CV-nizi [email protected] e-ünvanına göndərə bilərsiniz.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər