Şirkət haqqında
İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur.
Zavodda hal-hazırda dörd çeşiddə – CEM II/A-P 32,5R, CEM II/B-L 32.5R və CEM II/A-P 42,5 R, CEM II/A-P 42,5 N (SDPS 500 Ə-20) – sement istehsal olunur. Bu sement növləri müvafiq olaraq KLASS A, KLASS B, KLASS C500 və KLASS S adı ilə satışa çıxarılır.
Məhsullara Almaniyanın VDZ Elmi-Tədqiqat İnstitutu tərəfindən DIN EN 197-1:2011 standartına müvafiq olaraq uyğunluq sertifikatları təqdim olunmuşdur.
Kimlər müraciət edə bilər:
Təcrübə proqramına aşağıdakı ixtisaslar üzrə tədris müəsisəsinin III və IV kurslarında və ya magistr pilləsində təhsil alan şəxslər qatıla bilərlər:
– Mexanika mühəndisliyi/Texnoloji maşın və avadanlıqlar mühəndisliyi
– Eletrik / Elektronika/ Proseslərin avtomatlaşdırılması
– Sənaye mühəndisliyi/ Mühəndis iqtisadiyyatı və idarəetmə
– Geologiya
– Kimya mühəndisliyi/Kimya texnologiyası
– Tikinti materiallarının texnologiyası
– İnşaat mühəndisliyi
– Əməyin mühafizəsi / Ekologiya
– Hüquq
– İnformasiya texnologiyaları/Kompüter mühəndisliyi/Kompüter elmləri
– Maliyyə/ Mühasibat uçotu və audit
– Nəqliyyatın təşkili və idarəedilməsi
– İqtisadiyyat
– Biznesin idarəolunması
Şərtlər:
İş qrafiki: Standart (5 günlük)
Müddət: 1-3 ay
Əlavə olaraq: Nahar və nəqliyyat xidməti
Qeyd: Təcrübə proqramı ödənişlidir
Tələblər:
– Təcrübə proqramına müraciət forması*
– Norm Sement zavodunda təcrübə keçməkdə məqsədi və gələcək karyera planlarını əks etdirən məlumat (Niyyət məktubu)*
– Tələbə/Magistr olduğunu təsdiq edən sənəd (tələbə biləti)*
– Elmi işlərin siyahısı (əgər varsa)
– İştirak etdiyi əlavə kurs və ya təlimləri təsdiqləyən sənəd (əgər varsa)
– Magistrlər üçün – bakalavr diplomunun surəti*
* Bu tələbləri qarşılamaq zəruridir.
Müraciətlər
Müraciətlərinizi 3 may 2019-cu il tarixinədək [email protected] email ünvanına mövzu hissədə “Internship” qeyd edərək göndərməyiniz xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Təcrübə proqramları |