Yeni müştərilərlə (Hüquqi şəxs və fərdi sahibkarlarla) əlaqələrin yaradılması və cəlb edilməsi üzrə mütəxəssis.
Vəzifə öhdəlikləri:
• Banka yeni müştəri cəlbi üçün müştərilərlə əlaqələrin yaradilması;
• Yeni müştərilərlə görüşlərin təşkil edilməsi;
• Bankın sahibkarlarına təqdim etdiyi məhsulları və onların şərtlərinin mükəmməl qavramaq, müştərilərə ilkin məlumatı təqdim etmək;
• Müştərilərilərlə əlaqələrin, o cümlədən cəlbetmə prosesinin keyfiyyət və kəmiyyətinə nəzarət etmək üçün sistemin yaradılması və təkmilləşdirilməsi prosesində iştirak;
• KOBM Departamenti tərəfindən qoyulan bütün vəzifələrin yerinə yetirilməsi;
• Cavabdeh olduğu iş sahələri üzrə hesabatların hazırlanması.
Tələblər:
• Bank, Maliyyə və İqtisadiyyat sahəsində Bakalavr təhsili;
• Maliyyə, mühasibatlıq və müştəri xidmətləri sahəsində ən azı 2 il iş təcrübəsi;
• Stresə davamlılıq və kollektivdə işləmə bacarığı;
• Azərbaycan və rus dillərini bilmək, ingilis dili biliyi üstünlük hesab olunur;
• Kompüter bilikləri: Microsoft Office (xüsusi ilə Excel bilikləri yaxşı səviyyədə).
Maraqlanan şəxslər öz CV formalarını 18 Oktyabr 2020-ci il (daxil olmaqla) tarixindən gec olmayaraq [email protected] elektron ünvanına göndərə bilərlər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |