“GL” ASC (Sizin Lombard)
Yevlax filialı üzrə Satış Məsləhətçisi vakansiyası üçün Təcrübə Proqramı elan edir!
İş yeri: Yevlax şəhəri
________________________________________
Proqram haqqında:
- Təcrübə tələb olunmur! Bu proqram yalnız təhsilini tam başa vurmuş şəxslər üçün nəzərdə tutulmuşdur.
- Magistr təhsili alan tələbələr istisna olaraq proqramda iştirak edə bilərlər.
- Namizədlər ilkin mərhələdə 3 ay müddətində peşəkar əməkdaşlarımız tərəfindən təlimə cəlb olunur, nəzəri və praktiki biliklər qazanırlar.
- Təcrübə müddəti ərzində siz həm öyrənəcək, həm də qazanc əldə edəcəksiniz!
________________________________________
Ödənişli təcrübə şərtləri:
- Təcrübə dövründə:
Əmək haqqı – 200 AZN
Bonus – 300 AZN-ə qədər
- Təcrübə proqramını uğurla tamamladıqdan sonra:
Tam ştat Satış Məsləhətçisi kimi işə qəbul olunur
Əmək haqqı – 400 AZN
Bonus – 800 AZN-ə qədər
________________________________________
Proqramın üstünlükləri:
- Müasir satış texnikaları üzrə peşəkar təlimlər
- Praktiki təcrübə və inkişaf imkanı
- Gələcəkdə daimi işlə təmin olunma perspektivi
- Əmək haqqı + bonus sistemi ilə motivasiyaedici mühit
- Maliyyə və kredit sahəsində karyera başlamaq üçün əla fürsət
________________________________________
Namizəddən gözləntilər:
- Təlimlərdə aktiv iştirak və öyrəndiklərini tətbiq etmək
- Təlimçi və mentorlarla interaktiv şəkildə işləmək
- Satış üzrə nəzəri və praktiki bacarıqları inkişaf etdirmək
- Komandada işləmə və müştəri ilə düzgün ünsiyyət qurmaq bacarığı
________________________________________
Tələblər:
- Ali təhsilini tam başa vurmuş şəxslər (magistr tələbələri istisna təşkil edir)
- Maliyyə və satış sahəsində karyera qurmaq niyyəti
- Öyrənməyə açıq, məsuliyyətli və motivasiyalı olmaq
- Hədəflərlə işləmə bacarığı
________________________________________
Müraciət qaydası:
Tələblərə cavab verən şəxslər “Təcrübə Proqramı (Satış məsləhətçisi – Yevlax)” başlığı ilə
[email protected] elektron ünvanına CV-lərini göndərə bilərlər.
Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Təqdim olunan bütün məlumatlar məxfi şəkildə qorunur.
________________________________________
İşin aid olduğu sahə
Kateqoriya | Kredit işçisi |