13 C
Baku
Saturday, November 23, 2024

Yol və qurğular üzrə böyük mühəndis – Azerbaijan Railways CJSC

0
Yol və qurğular üzrə böyük mühəndis – Azerbaijan Railways CJSC
06.09.2019

Vakansiyanın adı: Yol və qurğular üzrə böyük mühəndis
Vakansiyanın kodu: V19052404/4
Vakansiyanın kateqoriyası: Qulluqçu
Vakansiyanın aid olduğu struktur vahid: İnvestisiya İdarəsi
Vakansiya üzrə struktur: Aktivlərin idarə olunması şöbəsi
Ödəniş növü: Vaxtamuzd
Vəzifə (peşə) üzrə əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Əlavə ödəniş: Qanunvericiliyə uyğun olaraq
İş vaxtının norması: 09:00-18:00 / 5 gün
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230

Tələb olunan təhsil istiqaməti/ixtisası:

Nəqliyyat tikintisi mühəndisliyi, Dəmir yol nəqliyyatı və təsərrüfatı mühəndisliyi sahələrindən hər hansı biri

Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavr
Tələb olunan minimum əmək stajı: Sahə üzrə 3 il

Tələb olunan komputer bilikləri:

– Microsoft Excel – yaxşı səviyyədə;
– Microsoft Word – yaxşı səviyyədə;
– Microsoft Access – yaxşı səviyyədə.

Tələb olunan xarici dil bilikləri:

– İngilis dili – sərbəst səviyyədə;
– Rus dili – orta səviyyədə.

Vəzifə üzrə tələb olunan biliklər:

– Dəmir yolunun cari saxlanışına dair təlimat;
– Azərbaycan Dövlət Dəmir Yolunun Texniki İstismar Qaydaları.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri: Planlaşdırma, korporativ loyallıq, operativlilik.

Digər tələb və üstünlük göstəriciləri: Xaricdə ali təhsil, magistr təhsili almış namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:

– Dəmir yolu və süni qurğuları üzrə aktivlərə olan ehtiyacın müəyyən edilməsi, onların əldə edilməsi, istismarı, müayinəsi, müxtəlif səviyyəli cari və əsaslı təmiri, modernizasiyası, yenilənməsi və silinməsi ilə bağlı proseslərin təkmilləşdirilməsi, sistemləşdirilməsi və səmərəli təşkil edilməsi ilə bağlı rəy və təkliflər vermək;
– Dəmir yolu və süni qurğuları üzrə aktivlərinin idarə edilməsi üzrə informasiyanın məzmunu, forması və avtomatlaşdırılması ilə əlaqədar təkliflər vermək, elektron və yazılı məlumat bazasının yaradılmasında və yenilənməsində iştirak etmək;
– Dəmir yolu və süni qurğuları üzrə aktivlərin idarə edilməsi ilə əlaqədar risklərin aşkar edilməsi, qiymətləndirilməsi və tənzimlənməsində iştirak etmək.

Vakansiyanın elan olunma tarixi: 05.09.2019
Son müraciət tarixi: 19.09.2019

Vakansiyaya müraciət etmək üçün link: https://ady.az/az/career/vacancy/69/1507

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları