John Bates Clark – (26 yanvar 1847, Rod-Aylend, Providens – 21 mart 1938, Nyu-York) Avstriya məktəbinin amerikalı iqtisadçısı, marjinalist,
Amerikalı iqtisadçı Amherst, Zürih və Heydelberg universitetlərində təhsil almış, uzun müddət Kolumbiya Universitetində tədris fəaliyyəti ilə məşğul olmuşdur (1895-1923-cü illər).
Elmi nailiyyətləri:
Clark çoxsaylı əsərlərin müəllifidir. O dəqiq elmlərə yaxınlaşmaq məqsədilə siyasi iqtisadiyyatın öyrənilməsinə yeni yanaşma təklif etmişdi. Nəzəri mexanika ilə analogiya üzrə Clark iqtisadi nəzəriyyəni iki statik və dinamik hissəyə bölür. O dəyişdirdiyi marjinal faydalılıq nəzəriyyəsinə “sadiq qalmışdı”. “Clark qanunu” ondan ibarətdir ki, məhsulun faydalılığı tərkib elementlərinə bölünür. Bundan sonra məhsulun dəyəri onun bütün tərkib hissələrinin marjinal faydalılıq dəyəri ilə təyin edilir.
Clark istehsalat prosesində əmək və kapitalın məhsuldarlığının azalmasının müşahidə edilməsini sübut etməyə çalışırdı.
Elmi əsərləri:
- “Zənginlik fəlsəfəsi” (The Philosophy of Wealth, 1886);
- “Monopoliya problemi” (The Problem of Monopoly, 1904);
- “Maddi sərvətlərin bölüşdürlməsi” (The Distribution of Wealth, 1899).