19 C
Baku
Monday, May 20, 2024

John Dillinger – inadkar bank qarətçisi

John Dillinger (1903-1934) amerikalı cinayətkar, bank qarətçisi və həbsdən iki dəfə qaçmış bir şəxsdir.

O 22 iyun 1903-cü ildə İndianapolisdə dünyaya gəlimişdi və atası meyvə satmaq ilə məşğul olurdu. Valideynləri körpəyə lazımi diqqət ayırmırdılar. John-un 3 yaşı olduqda isə anası dünyasını dəyişir.

O  özünün qarətlə məşğul olan ilk quldur dəstəsini 9 yaşında təşkil etmişdi. 1919-cu ildə məktəbi atan John mexanik olaraq işləməyə başlayır. Daha sonradan isə ailəsi ilə birgə Morrisvilə köçür. Bir dəfə isə, daha dəqiq desək 1923-cü ildə avtomobil qaçırır və buna görə həbs edilir. O zamandan etibarən isə John Dillinger ailəsinin yanına qayıtmır.

Dənizdə bir qədər xidmət etdikdən sonra o evlənir və həyat yoldaşının ailəsi ilə birgə yaşamağa başlayır. Lakin tezliklə o qarət marağına geri dönür və öz dəstəsi ilə satıcını qətlə yetirərək mağazanı qarət edir. Bu zaman ona 10 il həbs cəzası verilir. Lakin həbs həyatı onu heç də kədərləndirmədi. Əksinə ona yeni bacarıq qazandırdı. Belə ki, John bank qarət etməyi qərara alır.

1933-cü ildə vaxtından əvvəl azadlığa çıxan məşhur oğru yenidən dəstəsini təşkil edir. Bu zaman bu dəstəyə onun həbsxana yoldaşları daxil olur. Onlar birlikdə bir neçə bank və mağaza qarət edirlər.  Tezliklə o yenidən həbs edilsə də Lima şəhərində həbsdən qaçmağı bacarır.

Bank qarətləri yenidən davam edir. Onun dəstəsi polis məntəqələrini qarət edərək silah əldə edirdilər. John bank qarətlərinin birində polisi qətlə yetirir. O öz uğurlu bank qarətlərini davam etdirirdi. Buna baxmayaraq o yenidən həbs edilir.

Bu zaman Amerika demək olar ki, çətin günlər yaşayırdı. Yoxsul insanlar Dillingeri öz kumirləri olaraq görməyə başalyırdılar. Belə ki, o varlıları qarət edərək belə desək bərabərlik yaradırdı. John Dillingerə məxsus bütün foto şəkillərdə onun simasındakı hiyləgərliyi, ehtiyatlılığı və tükənməz enerjini görmək mümkündür.

O növbəti dəfə həbsdən qaçmağı bacarır. Bu zaman o gözətçini girov götürərək türmə divarlarını tərk edir. Bununla belə, öz həbsxana yoldaşlarını da azadlığa çıxara bilmir. Bu andan məşhur cinayətkarın axtarışı ilə FTB məşğul olmağa başlayır. Dillinger isə bank qarəti ilə məşğul olmağa davam edirdi. Lakin bu dəfə fərqli üsul olan – girov götürmə ilə.

John və hüquq-mühafizə orqanlarının mübarizəsi davam edirdi. Növbəti atışmadan yaralı ayrılan John Morrisvilə, atasının yanına yollanır. Onun və FTB-nin növbəti görüşü Viskonsin ştatında kurortda baş tutur. Lakin polis yenə onu ələ keçirə bilmir.

27 may 1934-cü ildə Con Dillinger xarici görünüşünün dəyişdirilməsi ilə bağlı əməliyyat keçirir. Bu əməliyyatdan sonra o demək olar ki, pulsuz qalır. Çikaqoda yaşayarkən o Meksikaya getməyə ümid edirdi. O növbəti sevgilisi ilə Ruminyalı mühacir qadın olan Annan Seydc-dən kirayə mənzil alır. O isə öz növbəsində cinayətkarın tutulmasına mükafat olaraq 20 min dollar qarşılığında polisə məlumat verir. Polis onu kinoteatrdan çıxanda “qarşılayır” və Dillinger atışma zamanı 3 yara alır və xəstəxanaya aaprılarkən yolda dünyasını dəyişir. Qeyd edək ki, onun tərcümeyi-halı əsasında çoxlu sayda film çəkilmişdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər