16 C
Baku
Thursday, May 2, 2024

John Keith Hatch – FINCA-nın banisi

Con Kit Hetç 1940-cı ilin 7 noyabrında Vaşınqton ştatında anadan olmuşdur. Con Kit Hetç inkişaf üzrə ekspert, müasir mikro maliyyələşmənin pioneridir. FINCA International və Rural Development Services (RDS) şirkətlərinin banisidir. Həmçinin Con Hetç qrup şəklində kreditləşmə metodikasını yaratmışdır. Bu metodika hal-hazırda dünyada mikro maliyyəşmənin ən yayılmış metodikasıdır.

Uşaqlığı və ailəsi

Hetç 1940-cı ildə Vaşinqton ştatında anadan olub. Onun atası kollecdə müəllim işləyirdi. Onun ailəsi 14 nəsil əvvəl Yeni Dünyaya köçmüşdülər.

Təhsili və karyerasının başlanğıcı

Massaçusets ştatında orta məktəbi bitirdikdən sonra o, Con Holkins universitetində bakalavr dərəcəsini alır. 1962-ci ilin iyul ayında Con Sülh körpüsünə daxil olur və Kolumbiyaya iki illik ezamiyyətə gedir. «Kommunal inkişaf» üzrə hazırlıq keçdikdən sonra onu Medelyinaya göndərirlər.

Orada o, kanalizasiya tikmək, küçələr salmaq, ictimai mərkəz, kitabxanalar, futbol meydançası və körpü inşa etmək üçün bir cəmiyyətin yaradılmasına kömək edir.

Medelyinada Con ispan dilini öyrənir, latin amerikası mədəniyyəti ilə tanış olur və həyatında ilk dəfə uşaqların ac qalması və savadsızlıqla qarşılaşır. Onda o, hələ anlamırdı ki, dünyanın ən kasıb ailələrinə xidmət göstərir. Bu xidmət onun həyatının sonuna qədər davam edir. 1965-ci ildə onu Peruda Sülh körpüsünün regional direktoru təyin edirlər.

Növbəti iki il yarım ərzində Con kənd təsərrüfatı və kredit ittifaqlarında çalışan 55-dən çox könüllüyə rəhbərlik edirdi. Onlar yoxsullara xidmət göstərirdilər.
Viskons ştatının Medison universitetində aspiranturada təhsil almaq üçün Con Hetç evə qayıdır. O, iqtisadi tarix üzrə magistr dərəcəsini (1970-ci il) və iqtisadi inkişaf üzrə doktorluq dərəcəsi (1970-1971-ci illər) alır.

1970-1971-ci illərdə Hetç Fulbrayt proqramından qrant alır və bu ona Peruda 30 kəndli ilə bərabər kənd təsərrüfatı ilə məşğul olur. Con burada kənd təsərrüfatının ənənəvi və müdrik şəkildə aparılmasını öyrənir. Növbəti 12 ildə o, kənd təsərrüfatı layihələrinin idarə olunması, planlanması sahəsində çalışır. Bu layihələr yoxsullara kömək etməyə yönəlmişdilər.

Ümumilikdə Con Hetç Latın Amerikası və Asiyanın 28-dən çox ölkələrində 55-dən çox layihə həyata keçirmişdir.

C. Hetç onlarla uğursuz xarici xeyriyyə layihələrinin şahidi olmuşdu. Bu layihələr yoxsul insanlara kömək etmək əvəzinə, onlara zərər yetirirdi.

Hetç yoxsul insanlara kömək edəcək təşkilatın yaradılmasına çalışırdı.

FINCA-nın yaradılması

1984-cü illərdə Hetç gəliri olmayan öz şəxsi təşkilatını yaradır- FINCA (Foundation for International Community Assistance, FINCA).

Hetç təyyarə ilə Boliviyaya uçarkən yoxsulluqla mübarizə aparacaq yeni layihə fikirləşir. Bu layihə yoxsul insanları öz rifahlarının məsuliyyətini öz üzərlərinə götürməyə təşfiq edirdi.

“Yoxsul icmalar imkan yaradır və onlar özləri özlərinə yol tapacaqlar!”, – deyə Con Hetç bəyan edirdi.

Bu məqsədə nail olmaq üçün qrup şəklində kreditləşmə üsulundan istifadə olunurdu. Plan yoxsul ailələrə, xüsusi ilə də tənha analara, öz bizneslərini maliyyələşdirmək üçün kreditlərin verilməsini nəzərdə tuturdu. «Yoxsullar üçün ümumdünya bankı» və «planet üçün yoxsulluğa qarşı vaksin» adlandırılan FINCA bankının çox maraqlı tarixi var. Hal-hazırda FINCA dünyanın 23 ölkəsində qrup şəklində kreditləşmə proqramını həyata keçirdir. 1984-cü ildən etibarən FINCA bankı 1 000 000 çox ailəyə kömək göstərmişdi.

Bundan savayı, 30 digər qeyri-kommersiya təşkilatları dünyanın 60 ölkəsində 800-dən çox qrup şəklində kreditləşmə proqramını həyata keçirdirlər.

İstefa

2006-cı ildə Hetç Vaşınqtonda FINCA-nın qərargahından istefa etdiyini elan edir. Lakin o, bugünkü günə qədər idarə heyətinin üzvü kimi FINCA-ya yardım göstərməyə davam edir, həmçinin Con vəsaitlərin toplanması və universitetlərdə müharizələri oxumaq ilə məşğuldu.

Hal- hazırda Con Hetç həyat yoldaşı Marqarita ilə birlikdə Nyu-Meksiko ştatında, Santa- Fedə yaşayır və ən çox sevdiyi işlə məşğul olur- akvarel ilə rəsm çəkir və ssenarilər yazır.

Bundan savayı, Hetç digər bir gəlirsiz təşkilatın banisidir – yoxsulluğa qarşı tələbələr ittifaqı (Alliance of Students Against Poverty, ASAP). Bu təşkilatın məqsədi iki milyon amerikalını gündə 1 dollar ianə etməyə inandırmağa və gündə 1 dollardan az vəsait sərf edən ailələrə yardım göstərməyə yönəlmişdi. Beləliklə, 2025-ci ilə təşkilat $10 milyard vəsait toplayacaq və «ən yoxsullara» xidmət göstərən mikro maliyyə müəssisələrinə paylayacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər