11 C
Baku
Cümə, Dekabr 3, 2021

“Johnson & Johnson” iki şirkətə bölünəcək

Amerikanın “Johnson & Johnson” əczaçılıq şirkəti bir il yarım müddətində istehlakçı biznesini bölməyi planlaşdırır. O, plastırlar, ağrıkəsicilər və digər məhsullar istehsal edən bölməni ayrı bir şirkətə çevirəcək. İkinci şirkət reseptlə satılan dərmanların və tibbi avadanlıqların istehsalı ilə məşğul olacaq.

Verilən məlumata görə, bu, iki dünya liderinin yaranmasına gətirib çıxaracaq.

“Biz hesab edirik ki, yeni şirkət istehlakçı sağlamlığı sahəsində qlobal lider olacaq, eyni zamanda marka portfelini genişləndirməyə və yeni məhsullar yaratmaq üçün daha çevik olmağa kömək edəcək”, – deyə şirkətin baş direktoru Alex Gorsky söyləyib.

Qeyd edək ki, “Johnson & Johnson” 1886-cl ildə yaradılıb və özündə dünyanın 60 ölkəsində fəaliyyət göstərən 265 şirkəti birləşdirir. Onlar üç müxtəlif sahədə fəaliyyət göstərir: istehlakçı məhsullar, əczaçılıq və tibbi avadanlıq.

Son xəbərlər
Oxşar xəbərlər
X